Icma.az
close
up
RU
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Türkiyədən olan şəhid ailələri ilə görüş keçirilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Türkiyədən olan şəhid ailələri ilə görüş keçirilib

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizə səfər gəlmiş Türkiyənin şəhid ailələri üzvləri və qardaş ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Şəhid Yaxınları və Qazilər Baş İdarəsinin təmsilçiləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.

Onlar Mərkəzin foyesində əl işlərindən ibarət sərgiyə baxıb, studiyalarda yaradıcılıq prosesini izləyiblər. Mərkəz üzvlərinin ifasında musiqi nömrələri təqdim olunub.

Daha sonra qonaqlarla görüş keçirilib. Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev ölkəmizdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib. Bu kateqoriyalara aid vətəndaşlar üçün həyata keçirilən sosial dəstək proqramları, reabilitasiya xidmətləri, məşğulluq tədbirləri qeyd olunub. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.

Qeyd olunub ki, Mərkəz və filallarında həssas kateqoriyalardan olan şəxslərə, o cümlədən şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və övladlarının yaradıcı potensialının inkişafı üçün işlər aparılır. Onlar sosial-psixoloji dəstək tədbirlərinə də cəlb olunurlar.

Görüşdə şəhid ailələrinin, qazilərin sosial müdafiəsi sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see220

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see153

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see134

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri