Icma.az
close
up
RU
“Azərbaycan və Türkmənistan regional inteqrasiyada əhəmiyyətli rolu paylaşır” İQTİSADÇI

“Azərbaycan və Türkmənistan regional inteqrasiyada əhəmiyyətli rolu paylaşır” İQTİSADÇI

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycan və Türkmənistan arasında münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Hər iki ölkə siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirməyə çalışır.

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri bu istiqamətdə atılan ardıcıl addımların göstəricisidir.

Enerji, tranzit və rəqəmsal layihələr iki ölkənin strateji tərəfdaşlığını möhkəmləndirir.

Gununsesi.info-ya danışan iqtisadçı Eldəniz Əmirov vurğulayıb ki, Türkmənistanın bitərəf statusu çərçivəsində Azərbaycan–Türkmənistan münasibətləri diqqətli və peşəkar yanaşma tələb edir:

“Prezident İlham Əliyevin işgüzar səfəri göstərir ki, Azərbaycan Aşqabadla əməkdaşlığı gücləndirmək və yeni imkanlar yaratmaqda ardıcıl addımlar atır. İkitərəfli ticarət 2023-cü ildə 774 milyon dollara çatmış, 2024-cü ildə 383,7 milyon, 2025-ci ilin ilk yarısında isə 140,2 milyon dollar səviyyəsində olub. Enerji sahəsində əməkdaşlıq da davam edir: 2021-ci ildən İran üzərindən həyata keçirilən qaz “swap” mexanizmi 2025-ci ilin martından Türkiyəyə qədər uzanıb, Türkmənistan mənşəli neftin Bakı–Tbilisi–Ceyhan kəməri ilə tranziti isə artır”.

Eldəniz Əmirov bildirib ki, Bakı–Türkmənbaşı bərə və dəmir yolu xətti, modernləşdirilmiş Türkmənbaşı limanı və Transxəzər rəqəmsal layihələri iki ölkəni Orta Dəhliz və Lapis-Lazuli dəhlizində strateji tərəfdaş edir:

“2021-ci ildə imzalanan “Dostluq” yatağı sazişi isə Xəzərdə yeni birgə layihələr üçün siyasi maneələri aradan qaldırıb. 1995-ci ildən bitərəf olan Türkmənistan hərbi bloklardan uzaq qalsa da, regionun inteqrasiyası və Türk Dövlətləri Təşkilatının inkişafı üçün mövqeyini yenidən nəzərdən keçirməsi faydalı ola bilər.

Azərbaycanın təşəbbüsləri Türkmənistanla əməkdaşlığı gücləndirəcək, həm iqtisadi maraqlara xidmət edəcək, həm də Qafqaz və Orta Asiyanın inteqrasiyasını dərinləşdirəcək. Eyni zamanda, Zəngəzur dəhlizinin faydalı təsirində Türkmənistanın rolu mühümdür”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Avqust 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri