Icma.az
close
up
RU
Azərbaycan və Türkmənistanı bir birinə bağlayan mühüm bağlar var Siyasi şərhçi

Azərbaycan və Türkmənistanı bir birinə bağlayan mühüm bağlar var Siyasi şərhçi

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, iyulun 16-da Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib.

Səfər çərçivəsində Berdiməmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.

Görüşdən sonra onlar işğaldan azad edilmiş torpaqlara - Füzuli və Şuşaya səfər ediblər.

Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana və xüsusilə Qarabağa səfəri və iki ölkə arasındakı sıx və möhkəm əlaqələr nədən qaynaqlanır?

Mühüm görüşü şərh edən "Cross Media" Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan və Türkmənistanı bir-birinə bağlayan xeyli məqamlar var:

"Azərbaycan və Türkmənistan Türk dünyasının iki aparıcı ölkələrindəndir. Onları bir-birinə bağlayan çox bağlar var. Orada tarixdən gələn birgəlik, mənəvi dəyərlər, milli dəyərlərimiz, soykökümüz, dilimiz - bütün bu məsələlər hamısı iki qardaş Türk xalqına ortaq keçmişdən gələn, bu günümüzü birləşdirən və gələcəkdə də bizi bir yerdə olmağa istiqamətləndirən əsas məqamlardır. Türkmənistan Xalq Məsləhət Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çox önəmli məqamlarla diqqət çəkdi. Əvvəla, hər iki ölkə uzun müddət arada mübahisə yaradan və narahatlıq yaradan Kəpəz adlanan yatağın birgə işlənməsinə dair qərar qəbul edib. Düşünürəm ki, bu müzakirələrdə həmin məsələ gündəmdə olub. Düzdür, biz birgə qərar qəbul etsək də hələ bu istiqamətdə addımlar atılmayıb, yəqin ki, Azərbaycanla Türkmənistan bu məsələlərin həllinə nail olacaq. Bundan başqa, Türkmənistan qazının Azərbaycana, Azərbaycan üzərindən Türkiyəyə ixracı məsələləri çox önəmli bir məsələ kimi diqqət çəlb edir və eyni zamanda alternativ enerji mənbəyini, yaşıl enerjinin Türkmənistandan Xəzər dənizi altından Azərbaycan vasitəsi ilə Avropaya ixracı məsələsi də hər ki dövlət üçün önəmli və əhəmiyyət daşıyan məsələlər sırasındadır".

Analitik qeyd edib ki, bu vacib görüş hər iki ölkənin əlaqələrini yeni mərhələyə daşıyacaq:

"Mən hesab edirəm ki, hər iki Türk dövlətini bu ortaq maraqlarla yanaşı, bayaq qeyd etdiyimiz keçmişdən gələn tarix, milli-mənəvi dəyərlər məsələsi, soykök, dil məsələsi birləşdirir. Hər iki dövlətin liderlərinin görüşdə göstərdikləri o münasibət, qarşılıqlı olaraq çıxışlar, səslənən fikirlər, verilən bəyanatlar, isti münasibət deməyə əsas verir ki, iki qardaş dövlət və xalq arasında yeni səhifələr açılmaqdadır. İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun görüşləri Xəzər sahilində yerləşən iki türk ölkəsini, əlaqələri, münasibətləri, qarşılıqlı fikir mübadilələri hər iki ölkəni yeni mərhələyə daşımaqdadır.

Ümid edirəm ki, bu görüşdən sonra biz Türkmənistanı Türk dövlətləri təşkilatının həqiqi üzvü kimi görə biləcəyik. Bu ölkəni Türk birliyində daha sıx və aktiv çalışmalar həyata keçirən Azərbaycanla, Türkiyəylə birgə daha uğurlu və genişmiqyaslı layihələrə imza atmasını görə biləcəyik.

Mikayıl Mirzəzadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 18 İyul 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri