Icma.az
close
up
RU
Siyasi şərhçi: Azərbaycan Orta Dəhlizlə siyasi və iqtisadi inteqrasiyanı gücləndirir

Siyasi şərhçi: Azərbaycan Orta Dəhlizlə siyasi və iqtisadi inteqrasiyanı gücləndirir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciəti mühüm və məqsədyönlü mesajlarla zəngin idi. Dövlətimizin başçısı Orta Dəhlizi “Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə birləşdirən etibarlı və təhlükəsiz marşrut” kimi səciyyələndirərək, onun regional logistika xəritəsində uğurlu və perspektivli bir istiqamət olduğunu vurğuladı.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Ölkə Prezidentinə istinad edən siyasi şərhçi bildirib ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Bu rəqəm texniki və logistik uğurların vurğulanması ilə yanaşı, gələcəkdə daha böyük nailiyyətlərin hədəflənməsi mesajını verir. Prezident İlham Əliyev 2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyətinin 2021-ci illə müqayisədə 3 dəfə artacağının, yüklərin keçid müddətinin isə 2 dəfə azalacağının gözlənildiyini diqqətə çatdırıb. Bu rəqəmlər investorlar üçün risklər və perspektivlər arasında aydın şəkildə müqayisə imkanı yaradaraq, layihənin potensialını sərgiləmiş olur.

“Dövlətimizin başçısı “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə də bağlı məqama toxunaraq bu marşrutun Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcəyinə inandığını bəyan edib. Bu layihə yalnız nəqliyyat əlaqəsi deyil, həm də enerji resurslarının, elektrik enerjisinin ixracı, bərpaolunan enerji və fiber-optik xətlərin ötürülməsi üçün imkanlar açacaq. Marşrutun reallaşması yalnız iqtisadi dividentlər gətirməyəcək, həm də regionda siyasi inteqrasiyanı və regional nəqliyyat mərkəzi imkanlarını gücləndirəcək və möhkəmləndirəcək”, - deyə Ülviyyə Zülfiqar diqqətə çatdırıb.

O, sonda qeyd edib ki, Prezident İlham Əliyevin müraciətində əksini tapan istiqamətlər ümumilikdə Azərbaycanın Orta Dəhliz layihəsi ilə bağlı yalnız regional tranzit və logistika şəbəkəsi kimi deyil, regionun siyasi-iqtisadi inteqrasiyası ilə bağlı hədəfləri olduğunu bir daha nümayiş etdirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri