Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələr aparılıb
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Valeriya Çukasini qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Uruqvay arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun dərinləşdirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və institusional əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.
Diplomatik akademiyalar arasında əməkdaşlıq haqqında razılaşma məmnunluqla qeyd olunaraq, kadr hazırlığı, təcrübə mübadiləsi və birgə təlim proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Bununla yanaşı, vətəndaşların qarşılıqlı səfərlərinin asanlaşdırılması məqsədilə viza rejiminin liberallaşdırılması istiqamətində mümkün addımlar müzakirə olunub.
Tərəflər ötən il Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin Uruqvaya səfərinin ticarətin və iqtisadi əlaqələrin inkişafına müsbət töhfə baxımından vacibliyini vurğulayaraq, bu kimi təmasların davamlılığının əhəmiyyətini qeyd ediblər.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.
Eyni gündə Azərbaycan və Uruqvay arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Elnur Məmmədov, Uruqvay tərəfindən isə xarici işlər nazirinin müavini Valeriya Çukasi rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 30 Aprel 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















