Icma.az
close
up
RU
Azərbaycan vəkillərinin şahmat üzrə V respublika birinciliyi keçirilib

Azərbaycan vəkillərinin şahmat üzrə V respublika birinciliyi keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 21-22-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) ənənəvi təşkil etdiyi Azərbaycan vəkillərinin şahmat üzrə V respublika birinciliyi keçirilib.

Bu barədə AZƏRTAC-a ARVK-dan məlumat verilib.

Bildirilib ki, turnirin əsas məqsədi ölkədə şahmat idman növünün inkişafına töhfə vermək, vəkillərin bu sahədə bacarıqlarını üzə çıxarmaq və qiymətləndirmək üçün əlverişli şərait yaratmaqdan ibarətdir.

Xırdalan Şahmat Məktəbində iki gün davam edən turnirin açılışında çıxış edən kollegiyanın sədr müavini, “İdmançı Vəkillər” Fondunun İdarə Heyətinin sədri Pərviz Ələkbərov iştirakçılara uğurlar arzulayıb. O, artıq ənənə halını almış şahmat turnirinin ARVK tərəfindən hər il təşkil olunmasının hüquq ictimaiyyəti arasında həmrəyliyin və sağlam rəqabət ruhunun təşviqi baxımından önəmini vurğulayıb. Sədr müavini bildirib ki, gələcəkdə bu yarışların dövlət qurumları ilə birgə keçirilməsi nəzərdə tutulur. Turnirdə respublika üzrə ümumilikdə 28 vəkilin iştirak etdiyi diqqətə çatdırılıb.

Abşeron rayon Vəkil Bürosunun müdiri Muğan Əliyev isə çıxışında yarışın təşkili və vəkillər üçün yaradılmış şəraitə görə kollegiyanın rəhbərliyinə minnətdarlığını bildirib, turnir iştirakçılarına uğurlar diləyib.

Sonra çempionata start verilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekununda fərdi qaydada fəaliyyət göstərən vəkil Elşən Səfərov birinci, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Sənan Süleymanlı ikinci, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Aydın Ələkbərov isə üçüncü yerə layiq görülüb.

Sonda P. Ələkbərov qaliblərə “Qanun” nəşriyyatının kitab mağazasından hədiyyə kartları, kubok və diplomlar təqdim edib.

Qeyd edək ki, Azərbaycan vəkillərinin şahmat üzrə V respublika birinciliyinin keçirilməsinə Abşeron rayon Vəkil Bürosu tərəfindən dəstək göstərilib. Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub və baş hakim qismində FİDE arbitri Rühəngiz Dinirova çıxış edib.

Onu da bildirək ki, vəkil Elşən Səfərov bu yarış çərçivəsində ikinci dəfə çempion olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri