Yeniyetmələr arasında şahmat üzrə Azərbaycan çempionatı keçirilib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Şahmat Federasiyasından XQ-ə verilən məlumata görə, Şahmat üzrə 8, 10, 12, 14, 16 və 18 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Bildirilib ki, yarış ilk dəfə paytaxtdan kənarda - Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub.
Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 3-cü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2 000 manatadək maddi dəstək göstəriləcək.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 31 Mart 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















