Icma.az
close
up
RU
Azərbaycan “Veliko Tırnovo Milad Bazarı” sərgisində təmsil olunub

Azərbaycan “Veliko Tırnovo Milad Bazarı” sərgisində təmsil olunub

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bolqarıstanın Veliko Tırnovo şəhərində hər il keçirilən ənənəvi “Veliko Tırnovo Milad Bazarı” sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyi milli stendlə təmsil olunub.

525.az xəbər verir ki, sərgidə səfirlik tərəfindən Azərbaycanın tarixi-mədəni müstəsnalığını, turizm potensialını və zəngin təbii gözəlliyini təcəssüm etdirən fotomateriallar, ingilis dilində turizm kitabçaları və bukletlər nümayiş etdirilib. Səfirlik nümayəndələri sərgi iştirakçılarına Azərbaycanın turistik məkanları, turistlər üçün səyahət imkanları, habelə ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Azərbaycanın Bolqarıstandakı səfirliyi sərgidə ölkəmizin mədəni turizm sərvətlərini, qədim tarixini, adət-ənənələrini, zəngin mədəniyyətini, füsunkar təbiətini əks etdirən milli stenddə müvafiq fotoşəkillər, milli suvenirlər və xalılar, eyni zamanda, milli mətbəx nümunələri təqdim edib.

Qeyd edək ki, Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən ənənəvi sərgi mədəniyyətlərarası dialoqun və ictimai diplomatiyanın təşviqi baxımından mühüm platformadır. Bu cür beynəlxalq tədbirlərdə iştirak ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı təbliğ və təşviqin genişlənməsinə, eləcə də dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir. Sərgi bayram ab-havası, zəngin mədəni proqramı və rəngarəng təqdimatları ilə ictimaiyyətin diqqətini cəlb edir. İştirak edən qurumlar və diplomatik nümayəndəliklər öz ölkələrinin mədəni irsini, adət-ənənələrini və dəyərlərini geniş ictimaiyyətə tanıtmaq imkanı əldə edirlər. Eyni zamanda, “Veliko Tırnovo Milad Bazarı” turizmin təşviqi, ölkənin müsbət imicinin formalaşdırılması və yerli ictimaiyyətlə birbaşa ünsiyyət baxımından effektiv platforma rolunu oynayır (AZƏRTAC).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Dekabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see240

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see231

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see225

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see221

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see212

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see192

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see166

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see156

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see152

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see148

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see145

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see140

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see139

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see136

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see133

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see131

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see130

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri