Azərbaycan velosipedçilərinin bu il iştirak edəcəyi daha 3 beynəlxalq yarış dəqiqləşib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan velosipedçiləri bu il bir sıra beynəlxalq turnirlərdə iştirak edəcəklər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva məlumat verib.
Onun sözlərinə görə, idmançıların çıxış edəcəyi daha üç yarış dəqiqləşib: “Bunlar Avropa Gənclər Olimpiya Festivalı, Avropa Çempionatı və Balkan Açıq Çempionatıdır. Yarışların məkanı və yeri barədə yaxın vaxtlarda məlumat veriləcək. Turnirlər təkcə bununla bitməyəcək, daha bir neçə yarışda iştirak etmək planımız var. Bu il Azərbaycan velosipedi üçün zəngin olacaq”.
Baş katib bildirib ki, bu cür yarışların təşkili velosipedçilərin hazırlıq səviyyəsinin yüksəlməsinə kömək edəcək.
Qeyd edək ki, Azərbaycan velosipedçiləri bu il Kamerunda təşkil olunacaq İslam Həmrəyliyi Oyunları və Azərbaycanda keçiriləcək III MDB Oyunlarında da mübarizə aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 30 Yanvar 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















