Azərbaycan Venesuela münasibətlərinin daha da gücləndirilməsi müzakirə olunub
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Prezidentin köməkçisi “X” hesabında bildirib.
Görüş Antalya Diplomatiya Forumu çərçivəsində keçirilib.
Hikmət Hacıyev Andrea Corao Faria ilə Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları ilə bağlı məhsuldar fikir mübadiləsi apardığını qeyd edib.
“Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə 2026-cı il Antalya Diplomatiya Forumu çərçivəsində görüşməkdən məmnun oldum”, - Prezidentin köməkçisi əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 18 Aprel 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















