Azərbaycan Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi müzakirə olunub
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanla Türkiyə arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi müzakirə olunub.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Ankaraya səfər çərçivəsində - Türkiyənin ticarət naziri Ömər Bolatla görüşdə baş tutub. Tərəflər Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsini, ticarət dövriyyəsinin artırılmasını, biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsini və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə edib.
Ankaraya səfərimiz çərçivəsində Türkiyənin ticarət naziri, həmkarım Ömər Bolatla (@omerbolatTR) görüşməkdən məmnun olduq. #Azərbaycan – #Türkiyə #iqtisadi tərəfdaşlığının gücləndirilməsi, #ticarət dövriyyəsinin artırılması, #biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsi… pic.twitter.com/KkNs1j7GxH
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 29, 2025
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 29 Yanvar 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















