Icma.az
close
up
RU
Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 % ə yaxın artırıb

Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 10 % ə yaxın artırıb

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 831 mənzil alıblar.

Bu barədə "Report" Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin 11 ayı ilə müqayisədə 75 mənzil və ya 9,9 % çoxdur.

Təkcə noyabr ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 90 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 16 mənzil və ya 21,6 % çoxdur.

Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.

Ümumilikdə, bu ilin yanvar-noyabr aylarında Türkiyədə xarici vətəndaşlara 19 117 mənzil satılıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 421 mənzil və ya 11,2 % azdır.

Təkcə noyabrda isə xaricilər Türkiyədə 1 956 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 207 mənzil və ya 9,6 % azdır.

Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən 11 ay ərzində 3 145 mənzil satılıb. Bu, ötən ilin eyni dövrüilə müqayisədə 1 284 ədəd və ya 29 % azdır.

Təkcə noyabrda isə rusiyalılar Türkiyədə 310 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 111 ədəd və ya 26,4 % azdır.

Növbəti yeri Ukrayna vətəndaşları tutublar. Onlar bu siyahıda keçən ay ikinci olan almanları qabaqlayıblar. Belə ki, bu ilin 11 ayında onlar bu ölkədə 1 348 mənzil satılıb ki, bu da illik müqayisədə 102 ədəd və ya 7,03 % azdır. Noyabrda isə ukraynalılara 159 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 1 mənzil və ya 0,6 % azdır.

Üçüncü yerdə Almaniya vətəndaşları qərarlaşıblar. Belə ki, yanvar-noyabr aylarında Almaniya vətəndaşları Türkiyədə 1 271 mənzilə sahib olublar. Bu da 2024-cü ilin 11 ayı ilə müqayisədə 114 mənzil və ya 9,8 %çoxdur. Ötən ay isə iranlılar Türkiyədə 151 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 36 mənzil və ya 31,3 % çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Dekabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri