Azərbaycan Voleybol Federasiyası i təltif edib
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Milli Mətbuatın 150 illik yubileyi münasibətilə KİV nümayəndələri ilə görüş keçirib.
İdman.biz xəbər verir ki, tədbirdə AVF prezidenti Şahin Bağırov, vitse-prezidenti Faiq Qarayev, baş katib Faiq Orucov və media nümayəndələri iştirak edib.
Bağırov media nümayəndələrini 150 illik yubiley münasibəti ilə təbrik edib, onların il ərzində gördükləri işləri yüksək qiymətləndirib. O bildirib ki, ölkəmizdə yarışların beynəlxalq arenaya, həmçinin voleybolla bağlı məlumatların ictimaiyyətə çatdırılmasında medianın böyük rolu var. Federasiya rəhbəri əsas hədəflərinin gənc oyunçuları yetişdirmək və kütləviliyin artırılması olduğunu da vurğulayıb.
Faiq Qarayev də KİV nümayəndələrini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra AVF prezidenti fəal media qurumlarını, o cümlədən, İdman.biz-i təşəkkürnamə ilə təltif edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 İyul 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















