Azərbaycan Voleybol Federasiyası tərəfindən məşqçilər üçün kurs təşkil olunub
Cbcsport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən FIVB-nin “Volleyball Empowerment" proqramı çərçivəsində məşqçilər üçün kurs təşkil edilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan dərslər məşqçilərin statistika tərtibi istiqamətində bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.
Üç mərhələdən ibarət kurs AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme və statistika üzrə təlimatçı Faruk Kaymak tərəfindən keçirilir.
18 nəfərin qatıldığı təlimlərin yekununda hər üç mərhələdə iştirak edən və imtahandan uğurla keçəcək mütəxəssislərə sertifikatlar təqdim olunacaq.

Azərbaycan Voleybol Federasiyası növbəti dəfə məşqçi kursu təşkil edəcək
12 Dekabr 2024 20:58
Azərbaycan Voleybol Federasiyası növbəti dəfə məşqçi kursu təşkil edəcək İdman və Biz
12 Dekabr 2024 18:27
Azərbaycan Voleybol Federasiyasının məşqçimüəllimlər üçün təşkil etdiyi kurs başa çatıb AZƏRTAC
27 Dekabr 2024 11:09
