Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasına təyinat alıb
Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən qadın voleybolçular arasında Çempionlar Liqası matçına təyinat alıb.
"Report" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, N.İsmayılova bu gün 1/4 finalda baş tutacaq “Numiya" (İtaliya) və “Eczaçıbaşı" (Türkiyə) komandalarının oyununda hakimlərin işinə qiymət verəcək.
Qeyd edək ki, İtaliyanın Milan şəhərində təşkil olunacaq matçı rumıniyalı Tudor Pop və serbiyalı Stanislava Simic idarə edəcəklər. Qarşılaşmanın çellenc hakimi isə yunanıstanlı Mixail Temelis olacaq.
AzNews.az
Bu mövzuda digər xəbərlər:Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq təyinat alıb
27 İyun 2025 13:49
Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq matça təyinat alıb
07 Yanvar 2025 11:14
Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq yarışa təyinat alıb
09 Dekabr 2024 09:17
Baxış sayı:32
Bu xəbər 04 Mart 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















