Icma.az
close
up
RU
Menu

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

Yollar yenə tıxaclıdır Siyahı

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

Yol vergisi alınacaq AÇIQLAMA

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Liverpul fransalı ulduzun izində

Azərbaycan Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

Azərbaycan Vyetnam münasibətlərinin gələcək inkişaf perspektivləri

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Prezident İlham Əliyev: “Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir”
Azərbaycan ilə Vyetnamı münasibətlərinin əsası 1959-cu ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. Sonrakı illərdə müxtəlif sahələrdə – iqtisadiyyat, enerji, təhsil, mədəniyyət və parlamentlərarası əməkdaşlıq sahələrində dərinləşmişdir.
Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir və qarşılıqlı etimad əsasında əməkdaşlıq edir. Prezident İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə bu dostluğun tarixi dərinliyinə və gələcək inkişaf perspektivlərinə xüsusi diqqət yetirilib: “Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”. Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişafında tarixi əhəmiyyətə malik dönüş nöqtəsi olmuşdur. O dövrdə Heydər Əliyev Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışırdı və bu yüksək statusla Vyetnama etdiyi rəsmi səfər çərçivəsində iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, xüsusilə də iqtisadi, sənaye, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu səfər, həmçinin Vyetnam tərəfi tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycanla münasibətlərdə etimad və qarşılıqlı hörmətin təməlini qoymuşdur. Bu gün Prezident İlham Əliyev də atasının bu irsini davam etdirərək Azərbaycan–Vyetnam münasibətlərini yeni mərhələyə çıxarmağa çalışır. Bunun üçün Prezident İlham Əliyev ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Öncəliklə yüksək səviyyəli siyasi dialoq gücləndirilir. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq tədbirlər çərçivəsində Vyetnam rəsmiləri ilə keçirdiyi görüşlər və son olaraq 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə bu istiqamətdə atılan mühüm addımlardandır: “Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. 2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi.
Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb.
Xarici işlər nazirliklərinin xətti ilə siyasi məsləhətləşmələr aparılır. Onlardan sonuncusu bu il aprelin ikinci yarısında keçirilib. Hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir.
Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.
Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur”.
İki ölkə arasında iqtisadi və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi prioritetdir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın “PetroVietnam” şirkəti arasında əməkdaşlıq perspektivləri müzakirə olunur. Prezident İlham Əliyev enerji sahəsində əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edib: Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub”.
Beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyə çalışır və Azərbaycanın Qoşulmama Hərəkatı və BMT kimi platformalarda Vyetnamla sıx əməkdaşlığını önəmli sayır. Prezident İlham Əliyevin bu səyləri nəticəsində Azərbaycan–Vyetnam münasibətləri ənənəvi dostluqdan strateji tərəfdaşlığa doğru inkişaf edir.
Azərbaycan ilə Vyetnam münasibətlərinin daha da möhkəmləndirilməsi bir sıra sahələrdə əməkdaşlığın genişlənməsi önəmlidir. Hər iki ölkənin neft və qaz sahəsində zəngin təcrübəsi var. SOCAR və PetroVietnam arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi, birgə layihələr və texnologiya mübadiləsi əməkdaşlığı gücləndirə bilər. Qarşılıqlı sərmayələrin təşviqi, ticarət dövriyyəsinin artırılması və azad ticarət razılaşmaları ilə iqtisadi əlaqələr genişləndirilə bilər. Azərbaycandan kənd təsərrüfatı məhsulları, kimya və tikinti materiallarının ixracı, Vyetnamdan isə tekstil və elektronika idxalı perspektivlidir.
Universitetlərarası əməkdaşlıq, tələbə və akademik mübadilə proqramları, Vyetnam tələbələrinin Azərbaycanda təhsil imkanlarının artırılması iki ölkənin gənc nəsilləri arasında qarşılıqlı anlaşmanı gücləndirə bilər. Dostluq qruplarının fəaliyyəti, səfirliklərin işinin genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlər siyasi əlaqələri möhkəmləndirəcək.

Zenfira Nurullayeva
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see253

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see171

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see159

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see143

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see141

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see135

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see125

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see124

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see123

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see123

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see121

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see119

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see118

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see116

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see116

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see114

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see114

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri