“Azərbaycan WUF13 ə uğurla ev sahibliyi edir” KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) uğurla təşkil edib.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Claudio Barbaro bildirib.
O, Azərbaycan hökumətinə forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.
Nazir müavininin sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerli səviyyədə tətbiqi dayanıqlı inkişafın əsas prioritetlərindən biridir.
Claudio Barbaro qeyd edib ki, milli və yerli könüllü hesabatların inteqrasiyası siyasətlərin yerli, milli və qlobal səviyyədə uzlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Yeni Şəhər Gündəliyinin aralıq qiymətləndirilməsi çərçivəsində çoxsəviyyəli idarəetməni gücləndirməli, Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasını sürətləndirməli və siyasətlər arasında uyğunluğu təmin etməliyik”, – deyə o vurğulayıb.
Baxış sayı:80
Bu xəbər 17 May 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















