Icma.az
close
up
RU
Azərbaycan xalqı bu şanlı tarixi öz qanı ilə, gücü ilə yazıb

Azərbaycan xalqı bu şanlı tarixi öz qanı ilə, gücü ilə yazıb

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bir neçə gündür ki, xalqımız böyük bayramların sevinci ilə yaşayır. Necə deyərlər, ölkəmizdə bayram-bayrama, şənlik-şənliyə, sevinc-sevincə qarışıb. 8 Noyabr Zəfər Günü, elə həmin gün Bakının mərkəzində Zəfər Parkının açılışı və Prezident İlham Əliyevin öz ailə üzvləri ilə həmin tədbirdə iştirakı və xalqa müraciəti, ertəsi gün milli qürurumuz olan Bayraq Gününün təntənəli qeyd edilməsi. Həmin gün də Prezident İlham Əliyev öz ailə üzvləri ilə bərabər Bayraq meydanında olub və dövlətimizin başçısı Azərbaycanın üçrəngli Bayrağınlı ucaldıb. Bütün bu uğurları müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Ordumuzun qüdrəti sayəsində qazandıq. 
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Prezident İlham Əliyevin Zəfər Parkının açılışı zamanı xalqa müraciərtinə münasibət bildirərkən daha sonra bildirib ki, xalqımız bu şanlı tarixi öz qanı ilə, gücü ilə yazıb. 
Hüquq müdafiəçisi dövlət başçımızın 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndə andiçmə mərasimindəki nitqindən bəzi məqamları xatırladaraq deyib ki, ölkə rəhbəri o zaman bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq. Son illər bütün sahələr üzrə qazanılan uğurlr da bunu göstərdi. Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində ərazisnin 10 hektara yaxın olduğu Zəfər parkının, Zəfər abidəsinin açılışının reallaşması, Zəfər muzeyinin inşa edilməsi tarixi Qələbəmizin növbəti nümunələridir. Dövlətimizin başçısı qeyd etdi ki, şəhərimizin ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Müasir üslubda inşa edilən əzəmətli Zəfər tağının hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Ç.Qənizadə ölkə Prezidentinin xalqa müraciətindən bəzi məqamları da xatırladıb: ”Prezident dedi ki, biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik.
Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması - bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir. Biz düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. Həmin düşmən 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Biz onu məcbur etdik ki, bu gün “Qarabağ Azərbaycandır” deyir və bundan sonra da deyəcək, öz xoşu ilə yox”.
Komitə sədri Ali Baş Komandanın dediklərinə istinadən bildirib ki, biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci, həm  də İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. Qırx dörd gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir. Dünya birliyi də şahid oldu ki, torpaqlarımız 30 il ərzində işğal altında olsa da, Azərbaycan xalqı və Azərbaycan rəhbərliyi bu işğalla heç vaxt barışmırdı. Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər.
Hüquq müdafiəçisi  deyib ki, müharibə başlayanda ölkəmizə qarşı qərəzli olan beynəlxalq təşkilatların, həmçinin ermənipərəst dövlətlərin təzyiqlərinə baxmayaraq, heç kim bizi dayandıra bilmədi. 2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı, demək olar ki, düşmənin belini qırdı. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq. Həmin gündən Azərbaycan dünyada rəsmən Qalib, Ermənistan isə məğlub dölət kimi tanındı: “ Möhtərəm Prezidentimizin dediyi kimi, indi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb. Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi”. Ölkə başçısı dedi ki, biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi - ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Biz onlara seçim verdik və yenə də düzgün qərar qəbul etmədilər. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.
“Bu gün dünya birliyi də “Qarabağ Azərbaycandır”! reallığını qəbul edib.  Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərində dünyanın bir sıra dövlətlərinin yaxından iştirakı, həmçinin işğaldan azad edilmiş ərazilərdə nüfuzlu beynəlxlaq tədbirlərin keçirilməsi də bunu təsdiqləyir” –deyə tanınmış hüquqşünas bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Noyabr 2024 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri