Icma.az
close
up
RU
Azərbaycan xalqı üçün Dövlət Bayrağı günü müqəddəs tarixdir

Azərbaycan xalqı üçün Dövlət Bayrağı günü müqəddəs tarixdir

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”
Ulu Öndər Heydər Əliyev
“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Hər bir dövlətin tarixi, idarəetmə sistemi və dövlətçilik ənənələri onun rəmzilərində, atributlarında   özünü göstərir. Azərbaycan Respublikasının müstəqilliyini, keçdiyi uzun tarixi inkişaf dövrünü, xalqımızın maddi və mənəvi mədəniyyət zənginliyini özündə təcəssüm etdirən dövlət rəmzləri onun himni, gerbi və bayrağıdır. Azərbaycan Respublikasının dövlət himninin, gerbinin və bayrağının özünəməxsus mənaları və tarixləri vardır.
Dövlət bayrağının yaranması tarixi 20-ci əsrin əvvəllərinə dayanır. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti başlıca vəzifələrindən biri müstəqil dövlət üçün mühüm məsələlərdən olan dövlət himninin, gerbinin və bayrağının qəbul edilməsi idi. Azərbaycanda üçrəngli dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Lakin sadəcə iki il ömür sürən  AXC süqut etdikdən sonra ölkədə bu bayraqdan imtina edilmişdir. İkinci dəfə həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. 1991-ci ildə isə yenidən Azərbaycan Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə  imzaladığı sərəncama əsasən hər il noyabr ayının 9-u Azərbaycanda dövlət bayrağı günü kimi qeyd edilir.

Azərbaycan Respublikasının dövlət bayrağı onun qürur mənbəyi, müstəqillik rəmzidir. Azərbaycan Respublikasının “Dövlət bayrağından istifadə qaydaları” haqqında qanuna əsasən hər bir Azərbaycan vətəndaşı dövlət bayrağına hörmət etməli və bu ruhda tərbiyə edilməlidir. Hər bir azərbaycanlının borcudur ki, öz müqəddəs üçrəngli bayrağını həmişə qorusun və hər şeydən üstün tutsun. Bu bizim öz bayrağımıza olan sevgimizin, sədaqətimizin göstəricisidir. Dövlət bayrağı milli həmrəyliyimizin, bir bayraq, bir dövlət və bir amal ətrafında sıx birləşməyimizin başlıca amillərindəndir.
Bu gün bütün Azərbaycan ərazisində, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda dövlət bayrağımız dalğalanır. Xankəndidə, Xocalıda, Cəbrayılda, bütün Qarabağ torpaqlarında Azərbaycanın dövlət bayrağının dalğalanması ölkəmiz və xalqımız üçün böyük qürurdur və bizim müstəqillik tariximizdə mühüm əhəmiyyətə malikdir.

Valeh Əmrahov
Nizami Rayon Gənclər və İdman Sektorunun əməkdaşı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://missiya.az
archiveBu xəbər 06 Noyabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri