Icma.az
close
up
RU
9 noyabr Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaş üçün milli birliyi və qüruru təcəssüm etdirən bir tarixdir DEPUTAT

9 noyabr Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaş üçün milli birliyi və qüruru təcəssüm etdirən bir tarixdir DEPUTAT

Icma.az, Sonxeber.az portalına istinadən məlumatı açıqlayır.

"9 noyabr – Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaş üçün milli birliyi və qüruru təcəssüm etdirən bir tarixdir" - DEPUTAT

9 Noyabr - Dövlət Bayrağı Gününün əhəmiyyəti Azərbaycan xalqı üçün böyük milli-mənəvi dəyərə malikdir. Bu bayram Azərbaycanın suverenliyini, birliyini və milli qürurunu simvolizə edir. Dövlət Bayrağı Günü ilk dəfə 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis olunub. Bu tarixin seçilməsi isə 1918-ci ilin 9 noyabr tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən üçrəngli bayrağın rəsmi dövlət bayrağı kimi qəbul olunması ilə bağlıdır. Azərbaycan bayrağı xalqın tarixini, mədəniyyətini və dövlətçiliyini əks etdirir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputat Mahir Süleymanlı bildirib

Deputat qeyd edib ki, Dövlət Bayrağı Günü millətin birliyini və həmrəyliyini təcəssüm etdirir:

"Bu gün hər bir vətəndaş milli qürurunu və dövlətçilik dəyərlərini bir daha yada salır. Bu, xüsusilə gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edir. Bayraq, həmçinin azadlıq uğrunda mübarizələrdə şəhid olanların xatirəsini simvolizə edir. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 9 Noyabr – Dövlət Bayrağı Günü xüsusi olaraq anılır.

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı müxtəlif çıxışlarında dövlət bayrağının əhəmiyyətini və mənəvi
dəyərini vurğulayıb. Dövlət başçısı qeyd edib: "Dövlət bayrağımız Azərbaycanın azadlığının, müstəqilliyinin və suverenliyinin simvoludur. Bu bayraq altında xalqımız ən ağır sınaqlardan üzüağ çıxmış, dövlətçiliyini və milli qürurunu qorumuşdur. Bizim üçrəngli bayrağımız hər bir azərbaycanlının ürəyində özünəməxsus yer tutur və onun yüksəldilməsi bizim ümummilli amalımızdır".

Cənab İlham Əliyev bayrağın daim uca tutulması və gələcək nəsillərə bu dəyərlərin ötürülməsinin vacibliyini qeyd edib.
Həm ölkə daxilində, həm də xaricdə yaşayan azərbaycanlılar bu günü böyük coşqu ilə qeyd edərək öz dövlətlərinə və milli mənsubiyyətlərinə bağlılıqlarını nümayiş etdirirlər. Bu günün qeyd olunması hər bir azərbaycanlının milli şüurunun güclənməsinə xidmət edir. Beləliklə, 9 noyabr – Dövlət Bayrağı Günü Azərbaycanın keçmişini, bu gününü və gələcəyini əks etdirən, hər bir vətəndaş üçün milli birliyi və qüruru təcəssüm etdirən bir tarixdir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 08 Noyabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see205

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see198

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see182

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see160

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see156

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see152

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see149

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see147

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see139

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri