Icma.az
close
up
RU
Azərbaycan xalqının iradəsi və milli birliyi sarsılmazdır ŞƏRH

Azərbaycan xalqının iradəsi və milli birliyi sarsılmazdır ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 26 sentyabr, AZƏRTAC

27 Sentyabr müasir tariximizin şərəf və qəhrəmanlıqla yazılmış səhifələrindən biri olan Vətən müharibəsinin başlanmasının 5-ci ildönümüdür. Bu tarix yalnız savaşın başlanğıcı deyil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda milli iradəsinin təntənəsidir. Beş il öncə Azərbaycan xalqı bir yumruq kimi birləşərək, işğal altında olan torpaqlarımızı azad etmək naminə mübarizəyə qalxdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun şücaəti və xalqımızın sarsılmaz birliyi sayəsində 44 gün ərzində tarix yazıldı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O qeyd edib ki, bu Qələbə təkcə torpaqların azad olunması deyil, eyni zamanda, tarixi ədalətin bərpası, milli ləyaqətin dirçəlişi, beynəlxalq hüququn zəfəri idi. Anım Günü bizə həm də bu mübarizəni unutmağa qoymayan bir ümumxalq yaddaş çağırışıdır.

“Anım Günü, həmçinin həm qürur, həm də ehtiram günüdür. Qürurluyuq, çünki biz işğal altında olan torpaqlarımızı öz gücümüz, birliyimiz və haqq savaşımızla azad etdik. Ehtiramlıyıq, çünki bu Zəfərin memarı olan şəhidlərimizi və qazilərimizi dərin minnətlə yad edirik. Çünki biz o müqəddəs canların bahasına 30 illik işğala son qoyduq. Təkcə torpaqlarımızı deyil, eyni zamanda, ləyaqətimizi, milli kimliyimizi, tarixi ədaləti bərpa etdik.

Artıq Qarabağda yeni həyat başlayıb. İnfrastruktur qurulur, yollar çəkilir, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları inşa olunur. Prezident İlham Əliyevin siyasi iradəsi və dövlətimizin strateji baxışı sayəsində "Böyük Qayıdış" reallığa çevrilməkdədir. Artıq azad edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır, o torpaqlar yeni həyatla nəfəs alır”, - deyə deputat diqqətə çatdırıb.

Onun fikrincə, eyni zamanda, biz bu günü qeyd edərkən Ermənistanla sülh prosesinə də aydın baxışla yanaşmalıyıq. Əldə olunmuş reallıqlar fonunda Ermənistan konstitusiyasının dəyişdirilməsi qonşuluq münasibətlərinə və beynəlxalq hüquqa hörmət prinsipləri əsasında bölgədə davamlı sülhə aparan vacib addımlardan biridir. Azərbaycanın mövqeyi açıq və prinsipialdır: regionda dayanıqlı sülh yalnız qarşılıqlı tanınma və ədalətə əsaslana bilər.

“Azərbaycan xalqının iradəsi, ruhu və milli birliyi sarsılmazdır. Bu birlik bizim ən güclü silahımızdır və gələcəkdə dövlətimizi daha da gücləndirəcək əsas amildir”, - deyə Fatma Yıldırım vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see217

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see212

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see207

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see176

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see145

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see143

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see132

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see132

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see132

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see130

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri