Icma.az
close
up
RU
Azərbaycan Türkiyə birliyi sarsılmazdır Deputat

Azərbaycan Türkiyə birliyi sarsılmazdır Deputat

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı müstəsna mənəvi-siyasi əhəmiyyətə malikdir. Tədbirdə Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub: “Bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı  Asif Əsgərov deyib. 

Parlamentari bildirib ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərq bölgələrində baş vermiş dəhşətli zəlzələ bütün türk dünyasını dərindən sarsıtdı. Təbii fəlakət anlarında göstərilən humanist yanaşma xalqlar arasında həmrəyliyin və mənəvi birliyin real göstəricisinə çevrildi:

"Məhz bu çətin günlərdə Azərbaycan dövləti səmimi qardaşlıq münasibətlərinə uyğun şəkildə dərhal yardım əli uzadaraq, Türkiyəyə ilk dəstək verən ölkələrdən biri oldu. Prezident İlham Əliyevin təşəbbüsü və qərarı ilə qardaş ölkəyə uzunmüddətli və dayanıqlı dəstək məqsədilə Kahramanmaraş şəhərində “Azərbaycan” adını daşıyan yeni bir yaşayış məhəlləsinin tikintisinə başlanıldı. Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən həyata keçirilən bu nəhəng layihə 27,6 hektar ərazini əhatə edir. Məhəllə çərçivəsində 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına müasir ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və müxtəlif sosial obyektlər inşa edilib. Tikililər zəlzələ riski nəzərə alınaraq müasir standartlara uyğun, dayanıqlı konstruksiyalarla təmin olunub.

Azərbaycan-Türkiyə münasibətləri illərlə formalaşan, dərin tarixi və mənəvi təməl üzərində qurulmuş dostluq, qardaşlıq və tərəfdaşlığa əsaslanır. Qarabağ müharibəsi zamanı Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstək Azərbaycanın qələbəsində mühüm rol oynayıb. Bu dəfə isə Kahramanmaraşın dirçəlişi zamanı Azərbaycan eyni dərəcədə səmimi və fədakar dəstək göstərərək qardaşlıq münasibətlərinin nə qədər dərin və sarsılmaz olduğunu bir daha nümayiş etdirib.

2021-ci ildə Şuşada imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasında müttəfiqlik münasibətləri rəsmiləşdirilib. Bu sənədlə Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyəyə çatıb. Prezident İlham Əliyev bildirib ki, biz dostuq, qardaşıq, müttəfiqik: “Türkiyə və Azərbaycan - iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir”.

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi xalqların həmrəyliyi, dövlət başçılarının uzaqgörən siyasəti və insani dəyərlərin real nümunəsidir. Türkiyə və Azərbaycan eyni taleyi bölüşən, eyni amallar uğrunda çiyin-çiyinə addımlayan dost və strateji müttəfiqlərdir".  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:214
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 İyun 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see673

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see364

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see223

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see202

Milla adını dəyişir

01 Oktyabr 2026 16:08see189

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

01 Oktyabr 2026 15:24see186

Fələstinli qız Türkiyədə müalicə olunacaq

01 Oktyabr 2026 16:08see184

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi praktik konfransda iştirak edib

01 Oktyabr 2026 16:45see180

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see178

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see176

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see175

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see174

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see172

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see170

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see169

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see169

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see166

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see163

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri