Icma.az
close
up
RU
Azərbaycan xaricdən niyə 7,1 milyard borc alıb? Səbəbi açıqlandı

Azərbaycan xaricdən niyə 7,1 milyard borc alıb? Səbəbi açıqlandı

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Bu il oktyabrın 1-ə olan vəziyyətə görə, Azərbaycanın ümumi dövlət borcu 25 milyard 365,1 milyon manat təşkil edib.
Yeniavaz.com
Maliyyə Nazirliyindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, bu göstərici Ümumi Daxili Məhsulun (ÜDM) 19,5 faizinə bərabərdir.
Borcun 8 milyard 318,3 milyonu (32,8 faiz) xarici, 17 milyard 46,8 milyonu (67,2 faiz) isə daxili dövlət borcudur.
Xarici dövlət borcu 2025-ci ilin əvvəlindən 402,2 milyon manat azalıb və ÜDM-in 6,4 faizini təşkil edib. Öhdəliklərin yarıdan çoxu – 50,7 faizi 5 ilədək müddətədir, 43,9 faizi 5-10 il aralığında, 5,4 faizi isə 10 ildən çox müddətə aiddir. Əksər xarici borclar ABŞ dolları ilə götürülüb. Onların payı 85,3 faizdir. Avro ilə borclar 6,3 faiz, beynəlxalq vahidlər (XDR) 3,4 faiz, yapon yeni 3,3 faiz təşkil edir. Digər valyutaların payı 1,7 faizdir.
Dövlət büdcəsindən xarici dövlət borcuna xidmət üçün bu ilin 9 ayında 1 milyard 66,86 milyon manat xərclənib. Bunun 740,8 milyon manatı əsas borcun, 326 milyon manatı isə faiz borcunun ödənilməsinə yönəlib.
Daxili dövlət borcu isə 17 milyard 46,8 milyon manat təşkil edib. Bu, ilin əvvəlindən 1 milyard 612,9 milyon manat çoxdur və ÜDM-in 13,1 faizinə bərabərdir. Daxili borcun əsas hissəsi dövlət istiqrazlarının payına düşür. Onların ümumi həcmi 7 milyard 987 milyon manatdır.
Dövlət istiqrazlarının 3 faizi 1 illik, 56,3 faizi 2-3 illik, 40,7 faizi isə 5 və daha çox illik müddətədir. Orta ödəmə müddəti 3,52 ilə yüksəlib.
2025-ci ilin oktyabrına olan vəziyyətə görə dövlət zəmanətli borcların məbləği 10 milyard 686,5 milyon manat olub. Bunun 84,4 faizi xarici, 15,6 faizi isə daxili borclardır.
Xarici zəmanətli borcun 79,1 faizi və ya 7 milyard 134,6 milyon manatı “Cənub Qaz Dəhlizi” QSC tərəfindən cəlb olunan kreditlərdir.
Zəmanətli borcların 63,3 faizi ABŞ dolları, 18,5 faizi avro, 12,4 faizi manat, 3,9 faizi yapon yeni ilə ifadə olunub.
Elnur Əli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 Oktyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri