Icma.az
close
up
RU
Bahalaşmanın səbəbi açıqlandı

Bahalaşmanın səbəbi açıqlandı

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib ki, bazarda bəzi kənd təsərrüfatı məhsullarının, xüsusilə ətin, südün, yumurtanın bahalaşması əlavə tədbirlərin görülməsini zərurətə çevirir. Bu istiqamətdə hər bir nazirliyin, komitənin, agentliyin yardımçı təsərrüfatın yaradılması faydalı ola bilər. Hər bir müəssisə, təşkilat 50-100 hektar torpaq sahəsi götürüb orada kənd təsərrüfatı məhsulları yetişdirilməsinə imkan yaradarsa, bu, həm bazarda qiymətlərin aşağı düşməsinə, həm xeyli insanın işlə təmin edilməsinə, həm də həmin təşkilatlarda çalışan işçilərin ucuz kənd təsərrüfatı məhsulları, ət, süd, tərəvəzlə təmin olunmasına kömək etmiş olar.
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri də Tarif Şurası tərəfindən atılan addımlardır:
“Şuranın dizel yanacağı və benzinin qiymətlərini mütəmadi artırması, eyni zamanda kommunal xərclərin yüksəlməsi istehsalın maya dəyərinə birbaşa təsir göstərir. Kommunal qazın və digər enerji resurslarının bahalaşması sahibkarların xərclərini artırır. Nəzərə almaq lazımdır ki, Tarif Şurası hökumət üzvlərindən ibarət olan qurumdur və qəbul etdiyi qərarlar iqtisadi mühitə birbaşa təsir edir. Təsərrüfat məhsullarının qiymətinin aşağı düşməsi üçün sahibkarın xərclərinin də aşağı olması lazımdır. Lakin Azərbaycanda sahibkarlar da ümumi inflyasiya mühitində fəaliyyət göstərirlər. Daşıma xərcləri artır, əməkhaqqı yüksəlir, istehsal və enerji xərcləri bahalaşır. Belə olan halda sahibkarın xərcləri artırsa, o da bu xərcləri məhsulun qiymətinə əlavə etməyə məcbur qalır. Əks halda, sahibkar zərərə düşər və fəaliyyətini davam etdirməkdə çətinlik çəkər”.
O qeyd edib ki, qiymət artımına dünya bazarındakı dəyişikliklər də təsir edir:
“Yerli bazarda yalnız yerli məhsullar deyil, idxal olunan mallar da mövcuddur. İdxal məhsullarının qiyməti qalxdıqca, bazarda rəqabət şəraitinə uyğun olaraq yerli məhsulların da qiyməti yüksəlir. Hazırkı şəraitdə qiymətlərin azalması üçün real əsas görünmür. Çünki atılan bir çox qərarlar əksinə, qiymət artımını stimullaşdırır. Məsələn, parlament bu məsələ ilə bağlı daha çox fikir bildirə bilər, lakin qiymətlərin tənzimlənməsi səlahiyyəti əsasən Tarif Şurasının qərarlarından asılıdır. Yanacaq və enerji qiymətləri artdıqca, bunun digər məhsulların qiymətinə təsir edəcəyi əvvəlcədən də aydın idi. Dövlət qiymətlərin ucuzlaşmasını istəyirsə, əsas addımlardan biri idxal olunan məhsullara tətbiq edilən əlavə dəyər vergisinin və gömrük rüsumlarının azaldılması və ya ləğv edilməsi ola bilər. Lakin hazırda belə addımlar atılmır. Mövcud qərarlar isə daha çox qiymətlərin artmasına səbəb olan amilləri gücləndirir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Aprel 2026 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri