Icma.az
close
up
RU
Azərbaycan xarici siyasətdə “sabitlik adası”, danışıqlar platforması” statusuna malik dövlətlərdəndir

Azərbaycan xarici siyasətdə “sabitlik adası”, danışıqlar platforması” statusuna malik dövlətlərdəndir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Azərbaycanın xarici siyasət kursunu dünyada baş verən təhlükələrdən ölkəni uzaq tutmağa hesablanmış və ölkənin milli maraqlarını, bütün səviyyələrdə təmsil olmasına və ya təmin olunmasına xidmət edən bir siyasətin qurulmasına nail olan sayca çox az olan dövlətlərdən biri hesab edilə bilər. Bu da bilavasitə cənab prezidentin uzaqgörən siyasəti nəticəsidir. Praqmatik düşüncə, dərin intellektə və dünya siyasətini çox gözəl dərk edib, təhlil edib, düzgün qərarlar vermək qabiliyyətindən irəli gələn olduqca vacibdir keyfiyyətdir. Məhz bu cür yanaşmanı nəticəsidir ki, bu gün Azərbaycan istər Gürcüstanla bağlı olan məsələlərdə, istər Ukrayna-Rusiya müharibəsi məsələlərində, istərsə də digər istiqamətlərdə, Yaxın Şərqdə baş verən proseslərdə, son zamanlar xüsusilə də İsrail-Fələstin və Suriya məsələlərində bu bölgələrlə bağlı Azərbaycanın əldə rəhbər tutduğu xarici siyasət kursu olduqca praqmatikdir və bizim milli maraqların təmin olunması nöqteyi-nəzərindən hərtərəfli hesablanmış, balanslı araşdırılmış bir siyasi yanaşmadır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, bu gün müxtəlif regionlarda üz-üzə gələn tərəflər arasında münasibətlərin qorunub saxlanmasına nail olmuşuq.

Azər Allahverənov

“Hər bir tərəfə hər zaman müraciət edərkən beynəlxalq hüququn tələblərindən irəli gələrək, beynəlxalq hüququn təməl prinsiplərinin qorunması baxımından öz mövqeyimizi sərgiləyirik. Bu məsələdə Azərbaycan çox güclüdür. Çünki bütün məsələlərdə beynəlxalq hüquqa arxalanır. İstər gərginlik yaşanan bölgələrdə, istərsə də gərginliyi cəlb olunmuş və ya sövq edilmiş, gərginlikdə iştirak edən və gərgin proseslərdə iştirak edən dövlətlərlə münasibətlərdə, istərsə də müharibə aparan dövlətlərlə münasibətdə Azərbaycan məhz beynəlxalq hüququn təməl prinsiplərindən irəli gələrək öz siyasətini yürüdür”-deyə Azər Allahverənov qeyd edib.

Deputatın fikrincə, Azərbaycanın güclü tərəfi ondadır ki, Azərbaycan məhz bu mövqedən çıxış edərək, bir çox dövlətlər və münaqişələr yaşanan regionlar üçün “sabitlik adası”, "danışıqlar platforması” statusuna malik ola bilən bir tərəfdir.

“Biz zaman zaman müxtəlif münaqişələrdə iştirak edən tərəflərə öz ərazimizi mümkün sülh danışıqlarının aparılması üçün istifadə olunması ilə bağlı da müəyyən təkliflər irəli sürürürk. Məsələn, Rusiya-Ukrayna müharibəsi. Burada bizim Rusiya ilə strateji müttəfiqlik xarakteri daşıyan münasibətlərimiz var və Ukrayna ilə də strateji tərəfdaşlıq münasibətləri var. Biz bu münasibətləri qoruyub saxlayırıq. Zaman-zaman bizim münasibətlərə xələl gətirmək istəyən qüvvələr olur. Hətta Rusiya-Ukrayna müharibəsi üzərindən Azərbaycan-Rusiya, Azərbaycan-Ukrayna münasibətlərinə xələl gətirmək məqsədilə bu və digər məsələləri informasiya məkanında dövriyyəyə atırlar. Amma Azərbaycan bu məsələdə güclü mövqe nümayiş edir.

Azərbaycanın uğurlarını həzm edə bilməyən, Azərbaycanın inkişafını gözü götürməyən, Azərbaycanın getdikcə regionda güclənən lider ölkə olmasını qəbul edə bilməyən dövlətlər çalışırlar ki, bu cür müdaxilələr vasitəsi ilə Azərbaycanın müxtəlif regionlarda, xüsusilə münaqişələrdə iştirak edən dövlətlərlə münasibətdə müəyyən gərginliyin yaranmasına gətirib çıxarda biləcək bir vəziyyət yaratsınlar. Amma Azərbycan öz inkişaf yolu ilə, öz multikultural dəyərlərə söykənən daxili və xarici siyasəti ilə yeni bir reallıq yaradır. Bu reallıq sabit və inkişaf yolunda olan, siyasi, sosial, humanitar və müxtəlif sahələrdə kifayət qədər dərin köklərə malik olan dövlətçilik ənənəsini əldə rəhbər tutaraq və bu ənənəyə söykənərək, olduqca vacib bir inkişaf xəttini götürən bir dövlətdir”-deyə deputat vurğulayıb.

Azər Allahverənov qeyd edib ki, məhz bu xüsusiyyətə görə belə, Azərbaycana qarşı həmlələr, təzyiqlər, şantaj xarakterli bəyanatlar Azərbaycanı heç bir zaman inkişaf yolundan döndərə bilməz: “Azərbaycan xalqınının və onun liderinin bir vahid, uzaq perspektivə hesablanmış inkişaf strategiyası var. Bu inkişaf strategiyası üzərində bütün uğurlar yeni qələbələr üçün zəmin yaratmış olur”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Dekabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri