Icma.az
close
up
RU
Təhlükəsizlik və sabitlik adası...

Təhlükəsizlik və sabitlik adası...

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qlobal hesabatda Azərbaycan ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib

Hazırda dünyada ən aktual çağırışlardan biri terrorizmə qarşı mübarizənin səmərəliliyinin artırılmasıdır. Aydın şəkildə başa düşülür ki, heç kəsin sığortalanmadığı terrorizmin əhatə dairəsinin kiçildilməsi üçün qlobal miqyasda uzlaşdırılmış fəaliyyət həyata keçirilməli, eyni zamanda, milli səviyyələrdə hər bir dövlət öz məsuliyyətini daha da artırmalıdır.  Bir qədər bundan əvvəl “Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib. Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlar üçün istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.

Hesabata əsasən, Azərbaycanın nəticələri əvvəlki illərlə müqayisədə daha da yaxşılaşıb. Belə ki, ölkəmiz  terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənib.

Dünyadakı kədərli mənzərə

Təəssüf doğuran haldır ki,  Dördüncü sənaye inqilabı dövründə dünya həm də bir sıra təhdidlərlə üz-üzə qalıb. Ayrı-ayrı ölkələr və xalqlar, müxtəlif mədəniyyətlər, bütövlükdə, bəşəriyyət üçün getdikcə daha ciddi təhlükə yaradan təhdidlərdən biri də terrordur. Dünyanın müxtəlif guşələrində ən ağlagəlməz ssenarilərlə törədilən terrorlarla bağlı statistikanın dinamikası kifayət qədər yüksəkdir. 2024-cü ildə dünya Kirmanda, Bəlucistanda, Almaniyada, Türkiyədə, Moskva vilayətində “Crocus City Hall” binasında və digər ünvanlarda baş verən dəhşətli terror hadisələri ilə silkələndi. Oxşar faciələr Malidə, Əfqanıstanda, Pakistanda, Somalidə, Burkina Fasoda, Nigeriyada da yaşanıb.  Baş verən terror hadisələri zamanı aralarında qocalar, qadınlar və uşaqlar da olmaqla yüzlərlə insan həyatını itirib, yaxud ağır xəsarət alıb. Sonsuz kədər doğuran faktlar son illərdə dünyanın necə bir dəhşətli təhlükə ilə üz-üzə dayandığı barədə konkret təsəvvür yaradır.

“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır. Təqdim edilən hesabata əsasən, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1.Burkina Faso (8.581), 2.Pakistan (8.374), 3.Suriya (8.00) daxil edilib.

Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı, Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdə qərarlaşıb .

Azərbaycanın dərin məsuliyyəti

Müstəqil Azərbaycan da terrordan əziyyət çəkən ölkələr sırasında yer alır. Respublikamızın üzləşdiyi faciələr bir qayda olaraq erməni terrorçularının ssenariləri əsasında baş tutub. Ötən əsrin 90-cı illərində Ermənistan xüsusi xidmət orqanlarının hazırladıqları terrorçular Bakı metrosunda bir neçə partlayış törətməyə nail olublar.

Respublikamızda ehtimal olunan risklər nəzərə alınmaqla  terrorizmə qarşı dövlət səviyyəsində ciddi mübarizə aparılır. Ölkəmiz terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verir. ABŞ-da törədilmiş 11 sentyabr 2001-ci il tarixli terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilib.

Paralel şəkildə, terrorizmə qarşı mübarizə sahəsində milli qanunvericilik davamlı olaraq beynəlxalq öhdəliklərə uyğunlaşdırılır. Hazırda respublikamız terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulub. Milli qanunvericiliyin davamlı şəkildə təkmilləşdirilməsi institusional islahatlarla dəstəklənir. Respublikamızda müvafiq sahədə əsas səlahiyyətli dövlət qurumları Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətidir. Hüquq-mühafizə qurumları ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar tərəfindən terrorçuluğa qarşı mübarizədə preventiv və sosial xarakterli tədbirlər görülür və fəaliyyətlər uzlaşdırılır. Maliyyə Monitorinqi Xidməti ölkənin əsas maliyyə kəşfiyyatı qurumu olaraq terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində ixtisaslaşıb. Qurumun institusional əsası və funksiyaları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) standartlarına uyğunlaşdırılıb.

Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində də fəal iştirak edir. Ölkəmizin terrorçuluğa qarşı mübarizə sahəsində sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar arasında  BMT-nin Terrorçuluqla Mübarizə İdarəsini, ATƏT-in Transmilli Təhdidlər Departamentini, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupunu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatını və digərlərini qeyd edə bilərik.

Sənəddə vurğulanır ki, Azərbaycanda belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunub.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda olsa da, uğurlu dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri