Icma.az
close
up
RU
Azərbaycan XİN 20 Yanvar faciəsinin ildönümü KONKRET

Azərbaycan XİN 20 Yanvar faciəsinin ildönümü KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

20 Yanvar 1990-cı il Azərbaycan Respublikasının müasir tarixində ən faciəli, eyni zamanda ləyaqətli və məğrur səhifələrdən birini təşkil edir.

KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, 36 il əvvəl sovet ordusu tərəfindən Bakı şəhərində və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirilmiş amansız hərbi təcavüz nəticəsində 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı və 4 nəfər itkin düşdü.

20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq, milli ləyaqət və suverenliyə dair legitim arzularını boğmaq cəhdi idi.

Lakin bu zorakılıq aktı Azərbaycan xalqının iradəsini sındıra bilmədi, əksinə, xalqımızın müstəqilliyini bərpa etmək, Ermənistanın kütləvi deportasiya və işğal siyasətinə qarşı mübarizə aparmaq və öz suveren hüquqlarını tam şəkildə həyata keçirmək əzmini daha da gücləndirdi. 20 Yanvar şəhidlərinin fədakarlığı 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpası üçün təməl rolunu oynadı.

20 Yanvar günü Azərbaycan xalqının nümayiş etdirdiyi vətənpərvərlik, birlik və müqavimət ruhu 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri zamanı öz tarixi missiyasını yerinə yetirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu ərazilərimizi işğaldan azad edərək beynəlxalq hüquqa uyğun olaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Şanlı Zəfərimiz və ondan sonrakı dövrdə Azərbaycan dövlətinin regionda yaratdığı yeni reallıqlar, irəli apardığı sülh və təhlükəsizlik gündəliyi, həyata keçirdiyi irimiqyaslı bərpa və quruculuq fəaliyyətləri, keçmiş məcburi köçkünlərin öz əzəli torpaqlarına qayıdışı xalqımızın sarsılmaz iradəsi və amalının, o cümlədən 20 Yanvar şəhidlərinin və Vətən uğrunda canlarını fəda etmiş bütün qəhrəmanlarımızın uğrunda mübarizə apardığı idealların təntənəsi oldu.

Bu hüznlü və bir o qədər də qürurlu gündə 20 Yanvar şəhidlərinin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını qurban vermiş bütün qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad edir, onların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu şərəfli yolda sağlamlıqlarını itirmiş bütün vətəndaşlarımıza cansağlığı diləyirik.

Xalqımıza qarşı 20 Yanvar kimi insanlığa və beynəlxalq hüquqa sığmayan cinayətlərin bir daha təkrarlanmaması üçün ardıcıl səyləri və məqsədyönlü fəaliyyətləri davam etdirmək əzmimizi bir daha bəyan edirik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Yanvar 2026 00:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri