Icma.az
close
up
RU
Azərbaycan Ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT VERDİ

Azərbaycan Ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə bağlı BƏYANAT VERDİ

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) 1990-cı il 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Ombudusman aparatınadn Lent.az-a verilən məlumata görə, bəyanatda deyilir:

Azərbaycan xalqının milli azadlıq ruhunun, müstəqillik arzusunun qarşısının alınması məqsədilə keçmiş SSRİ qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mülki əhaliyə qarşı amansızcasına törətdiyi qanlı hadisədən – 20 Yanvar faciəsindən 35 il ötür.

Ölkəmizə qarşı keçmiş SSRİ rəhbərliyinin qərəzli münasibətinə, tarixi torpaqlarımız olan indiki Ermənistanın ərazisindən azərbaycanlıların deportasiyasına və Azərbaycana qarşı Ermənistanın əsassız ərazi iddialarına etiraz edən xalqımızın iradəsini qırmaq üçün insanlıq əleyhinə törədilmiş bu ağır cinayət nəticəsində Bakıda və respublikamızın digər bir neçə rayon və şəhərlərində qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülüb, 744 nəfər yaralaıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Həmin gün azadlıq naminə meydanlara çıxan xalqımızın qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, silahsız insanların qorxmadan şərəf və ləyaqətlə azadlıq uğrunda mübarizə apardığı tarixi bir gündür. Günahsız insanlara qarşı vəhşicəsinə törədilmiş terror aktına baxmayaraq, Azərbaycan xalqı öz müstəqilliyinə qovuşub.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev təzyiqlərə və həyatına yarana biləcək təhlükəyə baxmayaraq, 1990-cı il 21 yanvar tarixində ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib, sərt bəyanat verərək bu ağır cinayətin SSRİ rəhbərliyi tərəfindən törədildiyini dünya ictimaiyyətinə çatdırıb. Yalnız Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi.

Beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin həmin dövrdə bu hadisənin törədilməsini qınamaması daha sonra ermənilər tərəfindən torpaqlarımızın işğal olunmasına və xalqımıza qarşı soyqırımı aktlarının törədilməsinə rəvac verib.

Ovaxtkı SSRİ rəhbərliyinin əmri ilə icra olunmuş insanlıq əleyhinə cinayət nəticəsində BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn ümumtanınmış norma və prinsipləri, o cümlədən keçmiş Sovet İttifaqının iştirakçısı olduğu beynəlxalq müqavilələrin tələbləri kobud şəkildə pozulmuş və insan hüquqları ciddi şəkildə tapdalanıb.

Lakin təəssüflə qeyd etmək istərdik ki, beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, həmin qanlı cinayəti törətmiş şəxslər məsuliyyətdən kənarda qalıblar.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, beynəlxalq cinayətlərin ən ağır növlərindən biri olan insanlıq əleyhinə cinayət kimi 20 Yanvar hadisələrinin tövsif edilməsini və bu cinayətləri törətmiş hərbi qulluqçularla yanaşı, onların icrasına əmr verən şəxslərin də cinayət məsuliyyətinə cəlb olunmasını təmin etmək üçün beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ədalətli mövqe nümayiş etdirməyə çağırıram.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Yanvar 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri