Azərbaycan XİN dən Zaxarovanın sözlərinə Reaksiya
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın növbəti dəfə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər reallığın təhrif olunmasıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin Qarabağ bölgəsi və KTMT mövzusunda şərhi ilə bağlı yerli medianın sualını cavablandırarkən deyib.
“Qarabağ bölgəsi beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya Federasiyası tərəfindən hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınıb. Bu səbəbdən, KTMT mexanizmlərinin 30 il ərzində Ermənistanın işğalı altında saxlanmış Azərbaycanın suveren ərazilərinə münasibətdə tətbiq edilməsi məsələsini davamlı şəkildə gündəmdə saxlamaq cəhdi və bunun Qarabağ bölgəsinin Ermənistan tərəfindən tanınıb-tanınmaması ilə əlaqələndirilməsi Rusiya tərəfinin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı rəsmi mövqeyinə zidd olmaqla yanaşı, tamamilə əsassızdır.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn tələblərinə uyğun olaraq bərpa edib və bununla keçmiş münaqişə həll olunub. Bu çərçivədə, Rusiya-Ermənistan münasibətlərinə aid mövzuların Azərbaycanla əlaqəli şəkildə şərh edilməsi təcrübəsinə son qoyulmalıdır”, - A. Hacızadə bildirib.
Qeyd edək ki, 27 iyul tarixində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Qvardeysk” gənclər forumunda çıxışı zamanı bu barədə deyib:
“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mexanizmindən istifadə edilməsinə çağırış etsə də, bunun kimin və nəyə münasibətdə tətbiq olunması sual idi. Təəssüf ki, xoşbəxtlikdən “Dağlıq Qarabağ”ın Ermənistan tərəfindən nə özününkü, nə də müstəqil ərazi kimi tanınmadığı məlumdur. Belə bir şəraitdə KTMT-nin kollektiv təhlükəsizlik mexanizmindən istifadə olunması mümkün deyildi”.
Bu mövzuda digər xəbərlər:İtaliyadan Mariya Zaxarovanın sözlərinə REAKSİYA
04 Noyabr 2025 14:35
XİN dən Zaxarovanın fikirlərinə reaksiya: Son qoyulmalıdır!
28 İyul 2026 11:42
Azərbaycan XİN dən Qəzzadakı razılaşmaya reaksiya
16 Yanvar 2025 13:01
Ukrayna XİN başçısı Putinin sözlərinə reaksiya verib
21 İyun 2025 09:51
Rusiya XİN dən Sputnik Azərbaycan ın bağlanmasına reaksiya
24 Fevral 2025 18:03
Baxış sayı:157
Bu xəbər 28 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















