İtaliyadan Mariya Zaxarovanın sözlərinə REAKSİYA
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
İtaliya Xarici İşlər Nazirliyi Rusiya XİN rəsmisi Mariya Zaxarovanın sözlərini “vulqar” adlandırıb.
Bizim.Media xəbər verir ki, İtaliya XİN Zaxarovanın açıqlamasından sonra Rusiyanın səfirini çağırıb.
Zaxarova Telegram kanalında Romada baş verən Konti qülləsinin uçması hadisəsinə münasibət bildirərək yazmışdı ki, “İtaliya Ukraynaya və ukraynalı qaçqınlara milyardlarla avro xərcləyir və hökumət vergiləri mənasız yerə sərf etməyə davam edərsə, ölkə tamamilə çökmüş olacaq – iqtisadiyyatdan tutmuş qüllələrinə qədər”.
İtaliyanın xarici işlər naziri Antonio Tayani bu sözləri “vulqar” və “mədəni ölkəyə yaraşmayan” ifadə adlandırıb:
“Faciə baş verəndə, dağıntılar altında qalan və ya xəsarət alan insanlar üzərindən siyasi manipulyasiya aparmaq olmaz. Biz heç vaxt belə etməmişik: faciələr Rusiyada baş verəndə də həmişə həmrəylik ifadə etmişik”, – deyə Tayani bildirib.
Xatırladaq ki, Konti qülləsi Romada noyabrın 3-ü günorta saatlarında qismən uçub. Qüllə təmir prosesində idi və hadisə zamanı içəridə dörd fəhlə olub. Onlardan biri dağıntılar altında qalıb və xilasetmə qrupları ona yalnız bir neçə saatdan sonra çata biliblər. Fəhlə sonradan xəstəxanada vəfat edib. (Meduza)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 04 Noyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















