Icma.az
close
up
RU
Azərbaycan XİN: Ermənistanın əsassız bəyanatını qətiyyətlə rədd edirik

Azərbaycan XİN: Ermənistanın əsassız bəyanatını qətiyyətlə rədd edirik

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ermənistan Xarici İşlər Nazirliyinin “İstanbul Bəyannaməsi” və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında qəbul edilmiş qətnamələrlə bağlı 23 iyun 2025-ci il tarixli əsassız bəyanatını qətiyyətlə rədd edirik”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İslam Əməkdaşlıq Təşkilatının İstanbul Xarici İşlər Nazirləri Şurasında qəbul olunmuş qərarlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını şərh edəkən bildirib.

“Ermənistanın bu sənədlərin məzmununu təhrif etmək və tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq səylərinin daha bir nümunəsidir.

İƏT-in qəbul etdiyi qətnamələr, o cümlədən “indiki Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququ” adlı qətnamə tarixi faktları əks etdirir və beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır. Ermənistanın iddialarının əksinə olaraq, azərbaycanlıların indiki Ermənistandan sistemli şəkildə qovulması könüllü deyil, zorakılıq, hədə-qorxu və insan hüquqlarının kobud şəkildə pozulması ilə yadda qalıb. İƏT-in azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməsi Ermənistanın əsassız şəkildə təqdim etdiyi “ərazi iddiası” deyil, ədalətə və onların fundamental hüquqlarının bərpasına çağırışdır.

700 mindən artıq azərbaycanlını köçkün vəziyyətinə salmış və 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpası ilə yekunlaşmış Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən 30 il davam edən qanunsuz işğalı kontekstini nəzərə alaraq, Ermənistanın 2023-cü il antiterror tədbirlərinə dair iddiası da eyni dərəcədə əsassızdır.

İƏT-in Xocalı soyqırımı ilə bağlı Ermənistanın “təhrif olunmuş şərh” kimi rədd etdiyi qətnaməsi 1992-ci ilin fevralında Xocalıda qadın və uşaqlar daxil olmaqla, 613 dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi qəddarlıq barədə danılmaz həqiqəti bir daha təsdiq edir. İnsanlıq əleyhinə bu cinayət beynəlxalq insan haqları təşkilatları tərəfindən sənədləşdirilib və bir çox ölkələr tərəfindən tanınıb. Ermənistanın, bu və digər hərbi cinayətlərə, o cümlədən işğal zamanı Azərbaycanın mədəni irsinin dağıdılmasına görə məsuliyyətini etiraf etməkdən yayınması onun sülh prosesində etibarını daha da sarsıdır.

Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir. Azərbaycan ardıcıl olaraq, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında hərtərəfli sülh sazişinin tərəfdarı olduğu halda, Ermənistan dəfələrlə kritik məsələlər üzrə qeyri-konstruktiv mövqe nümayiş etdirməklə tərəqqiyə mane olub.

İƏT-in Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasına maneələri aradan qaldırmağa çağırması beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda davamlı sabitliyi təmin edən həll üzrə gözləntiləri ilə üst-üstə düşür.

Ermənistanın İƏT-in prinsipial mövqeyini siyasiləşdirmək və öz hərəkətlərinə görə məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycanı ədalətli və davamlı sülh əldə etmək səylərindən çəkindirməyəcək. Ermənistanı revizionist ritorikasından əl çəkməyə və tarixi məsuliyyətlərini etiraf etməyə çağırırıq” – Ayxan Hacızadənin cavabında deyilir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 İyun 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri