Icma.az
close
up
RU
Azərbaycan yaşıl gələcəyə doğru inamla addımlayır ŞƏRH AZƏRTAC

Azərbaycan yaşıl gələcəyə doğru inamla addımlayır ŞƏRH AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 22 noyabr, AZƏRTAC

İki həftə ərzində Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmiz üçün yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Dünyada enerji keçidi və yaşıl iqtisadiyyata transformasiya proseslərinin geniş vüsət aldığı bir dövrdə, bu konfransın Bakıda keçirilməsi yalnız Azərbaycanın deyil, bütün regionun gələcək inkişaf istiqamətləri üçün mühüm əhəmiyyət daşıyır. Bu tədbir yerli ictimaiyyəti qlobal iqlim problemləri və onların həlli yolları barədə məlumatlandırmaqla yanaşı, daha geniş şüur inkişafına və ətraf mühitə həssas yanaşmaya təkan verir.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

COP29-da qlobal iqlim dəyişikliyi ilə mübarizə istiqamətində yeni qərarların qəbul olunduğunu bildirən deputat əlavə edib: “Bu qərarlar və öhdəliklər Azərbaycanın qanunvericilik bazasında mühüm dəyişikliklərə səbəb ola bilər. Dövlət orqanları və biznes sektoru bu qərarların icrası çərçivəsində öz fəaliyyətini ekoloji dəyərlərə daha uyğun hala gətirməyə məcbur olacaq. Bu, yalnız iqtisadi sahədə deyil, eyni zamanda, sosial və mədəni sferalarda da yeni yanaşmaların meydana çıxmasını təmin edəcək. Beləliklə, COP29 Azərbaycan cəmiyyətində ekoloji şüurun formalaşmasına, ətraf mühitlə və ya ekosistemlə harmoniyada yaşamağa töhfə verəcək”.

Azərbaycanın öhdəliklərindən və perspektivlərdən danışan Vüqar İskəndərov qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin üzərinə götürdüyü yeni öhdəliklər, həm dövlət, həm də özəl sektor üçün yeni standartlar və tələblər müəyyənləşdirəcək. Bu prosesdə əsas məqsəd dövlət orqanlarının və korporativ sektorun ətraf mühitə qarşı məsuliyyətli və diqqətli davranışını təmin etməkdir. Qlobal miqyasda qəbul edilən qərarlar ölkəmizdə ekologiya ilə bağlı qanunvericiliyin yenilənməsi və beynəlxalq öhdəliklərə uyğunlaşdırılmasını sürətləndirəcək. Hökumətin dəstəyi ilə bundan sonra müxtəlif ictimai aksiyalar və sosial məsuliyyət layihələrinin həyata keçirilməsi gözlənilir. Dövlət təşkilatları və özəl sektor tərəfindən ekoloji dəyərləri təşviq edən layihələrin və tədbirlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Bu layihələr ətraf mühitin qorunması sahəsində ictimai iştirakçılığı artıracaq və yerli əhalinin ekoloji şüurunu daha da gücləndirəcək.

COP29 çərçivəsində yaşıl iqtisadiyyata keçidin Azərbaycanın əsas prioritetlərindən biri kimi vurğulandığını diqqətə çatdıran deputat deyib: “Dövlətin birbaşa dəstəyi ilə maliyyə institutlarının yaşıl enerji ilə bağlı layihələrə əlverişli şərtlərlə maddi dəstək göstərməsi planlaşdırılır. Bu, həm sahibkarlara, həm də adi vətəndaşlara ekoloji cəhətdən faydalı layihələr həyata keçirmək üçün yeni imkanlar yaradacaq. Məsələn, bərpaolunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi, tullantıların idarə edilməsi və ekoloji təmiz istehsalat texnologiyalarının tətbiqi təşviq ediləcək”.

Qlobal təcrübənin tətbiqindən danışan V.İskəndərov hesab edir ki, yaşıl iqtisadiyyata keçid prosesində inkişaf etmiş ölkələrin uğurlu təcrübələrinin öyrənilməsi və tətbiqi də mühüm rol oynayacaq. Bu ölkələrdə sosial, iqtisadi və maliyyə sektorlarında atılan addımlar Azərbaycanın yaşıl keçid prosesinə inteqrasiyasını asanlaşdıracaq. Davamlı inkişafın təmin edilməsi üçün texnoloji yeniliklərdən istifadə və ekoloji təhsilin gücləndirilməsi vacibdir.

Deputatın fikrincə, COP29 konfransı yalnız Azərbaycanın deyil, bütün dünyanın üzləşdiyi iqlim böhranının həlli üçün mühüm addım olacaq. Bu tədbir həm qlobal səviyyədə müzakirələrin aparılması, həm də yerli səviyyədə konkret fəaliyyət planlarının hazırlanması üçün əvəzolunmaz platformadır. Azərbaycanın bu prosesdə aktiv rolu ölkəmizi yaşıl gələcəyin qurulmasında liderlər sırasına daxil edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri