Icma.az
close
up
RU
Azərbaycan yeni hədəflərə doğru inamla addımlayır

Azərbaycan yeni hədəflərə doğru inamla addımlayır

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan tarixində 20 Sentyabr artıq xüsusi mənaya malikdir. Bu gün – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. İkinci ildir ki, bu tarix yalnız coğrafi qayıdışı deyil, eyni zamanda milli suverenliyin, dövlət iradəsinin və tarixi ədalətin təntənəsini simvollaşdırır.2023-cü ilin 19-20 sentyabrında Azərbaycan ordusu lokal antiterror əməliyyatı keçirərək Qarabağda qalan qeyri-qanuni silahlı birləşmələri zərərsizləşdirdi. Bu əməliyyatın nəticəsi olaraq, Azərbaycan Konstitusiya quruluşunu tam bərpa etdi və bölgənin nəzarətini tam şəkildə öz əlinə keçirdi. Cəmi bir gün ərzində həyata keçirilən bu qətiyyətli hərbi-siyasi addım, 30 ildən çox davam edən ədalətsizliyi sonlandırdı.Tarixi əhəmiyyət daşıyan bu əməliyyatdan cəmi bir ay sonra – 2023-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfər etdi və bu şəhərlərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu görüntülər hər bir azərbaycanlının qürur hissi keçirməsinə səbəb oldu. Dövlət başçısının bu addımı təkcə siyasi mesaj deyildi – bu, həm də bölgənin sülh, inkişaf və reinteqrasiya yoluna qədəm qoyduğunu bəyan edən bir dönüş nöqtəsi idi.Azərbaycan bu bölgələrdə yeni həyatın təməlini atmağa başlayıb. Xüsusilə təhsil sahəsində atılan addımlar gələcəyə yönəlik strategiyanın bir hissəsidir. Xankəndidə Qarabağ Universitetinin yaradılması yalnız bir təhsil müəssisəsinin açılması deyil, həm də bu torpaqlarda elmin, maarifçiliyin və birgə yaşayışın inkişaf etdirilməsinə yönəlmiş ciddi siyasi mesajdır. Qarabağ Universiteti təkcə yerli əhali üçün deyil, bütövlükdə Azərbaycanın gələcəyi üçün mühüm intellektual mərkəzə çevriləcək.2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad isə bu ərazilərin Azərbaycanın hərbi-siyasi suverenliyi altında olduğunu bütün dünyaya nümayiş etdirdi. Zəfər Gününün üçüncü ildönümünə həsr olunan parad, Vətən müharibəsində qazanılan qələbənin davamlılığını və Azərbaycan dövlətinin bölgəyə tam nəzarətini göstərən simvolik hadisə idi.Bu gün 20 Sentyabrı qeyd etmək, sadəcə bir tarixə işarə etmək deyil. Bu, həm də unudulmuş adların yenidən Azərbaycan xalqının yaddaşına qayıtması, dağıdılmış şəhərlərin yenidən qurulması və Qarabağın sülh, birlik və inkişaf regionuna çevrilməsi deməkdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu qətiyyətli siyasət nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə nəinki xəritədəki bir nöqtə kimi, artıq Azərbaycanın canlı və inkişaf edən bir parçası kimi dirçəlir.

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri