Icma.az
close
up
RU
Azərbaycan yaxınlığında sirli “Kabus adası” NASA görüntüləri heyrətləndirdi

Azərbaycan yaxınlığında sirli “Kabus adası” NASA görüntüləri heyrətləndirdi

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Milli Aeronavtika və Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) peykləri Xəzər dənizində müvəqqəti olaraq yaranan və sonra yenidən yox olan sirli torpaq kütləsini – “Kabus adası”nı qeydə alıb. Alimlər bu nadir hadisəni palçıq vulkanlarının aktivliyi ilə əlaqələndirirlər.

İlk dəfə 1861-ci ilin mayında sənədləşdirilən bu ada, növbəti il dəniz sularında itib. 20-ci əsrdə altı dəfə Xəzər dənizinin səthinə çıxan ada daha sonra yenidən yox olub. Onun sonuncu dəfə görünməsi 2023-cü ilin yanvarına təsadüf edir. Lakin sonrakı peyk görüntülərində yalnız dar bir quru zolağı müşahidə olunub.

Ölkə.Az xəbər verir ki, mövzu ilə bağlı tarixçi-alim tarixçi alim Zaur Əliyev də fikirlərini bölüşüb. O bildirir ki, Xəzər dənizi qədimdən öz unikal xüsusiyyətləri və sirli hadisələri ilə dünya elmi ictimaiyyətinin maraq dairəsindədir. Onun sözlərinə görə, 2023-cü ilin fevralında çəkilən peyk görüntüləri palçıq leyləsi ilə əhatələnmiş, diametri 400 metr olan bir adanın əmələ gəldiyini ortaya qoyub. Araşdırmalar göstərib ki, bu ada 30 yanvar – 4 fevral tarixləri arasında yaranıb və 2024-cü ilin sonuna qədər mövcud olub.

Tarixçi qeyd edir ki, 1861-ci ildə ilk dəfə müşahidə olunan bu ada 87 metr enində olub və dəniz səthindən 3,5 metr hündürlüyə qədər qalxıb. 1862-ci ilin əvvəllərində isə bu quru sahəsi dalğalarla yuyulub. Vulkanın ən güclü püskürməsi 1950-ci ildə qeydə alınıb, nəticədə adanın eni 700 metrə, hündürlüyü isə 6 metrə çatıb.

Zaur Əliyev əlavə edir ki, bu “Kabus adası” əslində Çigil adası adlandırılan palçıq vulkanının püskürməsi nəticəsində yaranır. O, Xəzər dənizində, Bakı arxipelaqında yerləşir və bu vulkanın periodik püskürmələri nəticəsində müvəqqəti adalar formalaşır. Lakin bu adalar tezliklə dalğalarla yuyulur və yenidən su altına qərq olur.

Tarixçi alim maraqlı bir faktı da diqqətə çatdırıb: "2019-cu ildə oxşar “Kabus adası” Sakit okeanda, Yeni Kaledoniya və Vanuatu ilə Böyük Baryer Rifi arasında da müşahidə edilib və bu da Xəzərdəki analoji hadisəyə marağı artırıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 İyun 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri