Icma.az
close
up
RU
“Azərbaycan yeganə dövlətdir ki, bununla dünyaya yeni təcrübə gətirib” İLGİNC DETALLAR KONKRET

“Azərbaycan yeganə dövlətdir ki, bununla dünyaya yeni təcrübə gətirib” İLGİNC DETALLAR KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib. Dövlət başçısı qeyd edib: “Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb”. Dövlət başçısının bu fikirləri Azərbaycanın nə qədər inkişaf etdiyini, güclü dövlətə çevrildiyini, dünyada söz sahibi olduğunu deməyə əsas verir. Bütün bunların memarı isə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevdir.

Mövzunu KONKRET.az-a şərh edən millət vəkili Hikmət Babaoğlu bildirir ki, Azərbaycan Prezidenti Ağdərədə yeni məskunlaşan soydaşlarımızla birlikdə keçirdiyi Novruz tədbirində qələbəmizi yenidən qiymətləndirib.

“Belə düşünürəm ki, bu qiymətləndirmə obyektiv idi. Həm tarixi müqayisəli, həm də mövcud reallıqlar konteksində qələbənin yenidən qiymətləndirilməsi nəyi əldə etdiyimizin, nəyi bacardığımızın göstəricisidir. Dünyada 2-ci belə hal yoxdur ki, yüz il əvvəl bir xalqdan qoparılımış torpağı millət yenidən geri qaytarsın. Artıq 100 ildən sonra bu hadisə tarixə çevriləcək. Xankəndi bizdən 100 il əvvəl qoparılmışdı. Biz sadecə 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən işğal edilmiş torpaqları azad etmədik. Həm də 100 il əvvəl bizdən qoparılan torpaqlarımızı geri qaytardıq. Düşünürəm ki, bizim əldə etdiyimizin tarixi zəfərin bənzəri yoxdur.“

Deputat qeyd edir ki, ikinci möcüzə xalqımızın həvəslə ata-baba torpaqlarına qayıtması, torpaqlarına bağlılıq nümayiş etdirməsi, həm də qısa müddətdə bu qayıdışı təmin etmək kimi böyük işlərin, layihələrin görülməsi, evlərin tikilməsi, kommunikasiyaların çəkilməsi, iş yerlərinin açılmasıdır.

“Bütün bunların hamısı özü-özlüyündə bir tarixdir. Əldə etdiyimiz zəfərin qiymətini hər bir azərbaycanlı dərk edib yaddaşına yazmalıdır.“

Politoloq Əziz Əlibəyli isə saytımıza açıqlamasında bildirib ki, dünya mübaribəsi nəticəsini verdi və beynəlxalq sistem quruldu.

“Amma ondan sonra baş verən müharibələrdə qalibiyyət əldə olunmayıb. Təbii ki, subyektiv və obyektiv səbəblər var. Azərbaycan yeganə dövlətdir ki, müharibəni qalibiyyətlə başa vurması faktı dünyaya yeni təcrübə gətirdi. Bu, başqa ölkələr üçün də nümunə rolunu oynadı. Azərbaycan gəncinin baxışı, dövlətin siyasi-hərbi iradəsi tamamən üst-üstə düşdü. Azərbaycanın geostrateji mövqeyi və dünyadakı hörməti də önəmli rol oynadı. Faktiki olaraq həmin dönəm pandemiyaya təsadüf etmişdi. Amma bütövlükdə beynəlxalq birlik Azərbaycanın haqlı mövqeyinə də etiraz edəcək səbəb tapmadı. Müəyyən aparıcı ölkələr müxtəlif bəyanatlı açıqlamalar versələr də, prosesə bilavasita müdaxilə edə bilmədilər. Bu da önəmli faktordur.“

Mövzu ilə bağlı saytımıza danışan millət vəkili Fatma Yıldırım da maraqlı məqamlara toxunub:

“Bu gün işğaldan azad olunmuş torpaqlarımızda görülən işlər qürurvericidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması dövlətimizin gücünün göstəricisidir. Azərbaycan xalqı Ermənistanın işğalçı siyasəti ilə heç zaman barışmadı və otuz il ərzində iqtisadiyyatını, ordusunu gücləndirdi. Ən əsası isə insanlarda, yetişən gənc nəsildə güclü vətənpərvərlik ruhu formalaşmışdı. Məhz bu ruh müasir qələbəni şərtləndirən mühüm amil oldu. Doğrudur, ötən illər ərzində güclənən ordumuz müasir silahlarla təchiz olunmuşdu, amma xalqımızda, gənclərimizdə yüksək vətənpərvərlik ruhu olmasaydı, bu tarixi qələbəni qazanmaq çətin olardı. Azərbaycan ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu güc sayəsində qısa müddətdə torpaqlarımızı işğaldan azad etdi”.

Millət vəkilinin sözlərinə görə, 44 günlük Vətən müharibəsinin beynəlxalq ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırılması təsadüfi deyil:

“Çünki bu müharibədə Azərbaycan ən yeni silahlardan istifadə etməklə yanaşı, əzəmətli iradə nümayiş etdirdi. Halbuki, müxtəlif beynəlxalq güclər işğalçı Ermənistana havadarlıq edirdilər. Martın 18-də Suqovuşanda sakinlərlə görüşündə Prezident İlham Əliyevin dediyi kimi, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Nümunə kimi, keçmiş SSRİ-nin Əfqanıstanda, ABŞ-ın Vyetnamda, Əfqanıstanda və digər regionlarda apardığı müharibələri göstərmək olar. Lakin Azərbaycan bu müharibədə qəti qələbə qazandı. Çünki bizim mübarizəmiz haqq işi idi. Müharibə beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanırdı. Biz bu müharibə ilə müstəqil ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdik. Güclü Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə regionda yeni reallqılar yaradıb. Hələ də bir sıra beynəlxalq mərkəzlər Azərbaycanın möhtəşəm qələbəsini təhlil edirlər. Bütün bunlar dövlətimizin gücünün göstəricisidir”.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Mart 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri