Icma.az
close
up
RU
Azərbaycan Yəhudi Media Mərkəzi Rusiyadan üzr istəməyi GÖZLƏYİR

Azərbaycan Yəhudi Media Mərkəzi Rusiyadan üzr istəməyi GÖZLƏYİR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycandakı Yəhudi Media Mərkəzi Bakı-Qroznı reysilə uçan “Embraer 190” təyyarəsinin vurulmasına görə Rusiyanın üzr istəməli olduğunu bəyan edib.

Mərkəzin direktoru Nəsimi Əbilov Modern.az-a bildirib ki, Rusiya dövlət səviyyəsində üzr istəməli və üzərinə düşən öhdəliyini yerinə yetirməlidir:

"Azərbaycanla İsrail arasındakı əlaqələr tək strateji tərəfdaşlığa yox, həm də tarixə söykənir. Təyyarə qəzası məsələsindən sonra İsrailin məşhur aviaşirkəti "El Al" Moskvaya uçuşları dayandırdı. Bunun iki səbəbi vardı. Birinci səbəb Azərbaycana dəstək nümayiş etdirmək idi. Digər tərəfdən, Azərbaycan təyyarəsinin təhlükəsizliyinə qarantiya yoxdursa, deməli, sabah digər ölkələrin hava gəmiləri də vurula bilər. Mülki aviasiya təyyarəsinə belə bir hücumu nəinki İsrail dövləti və dünya yəhudiləri, eləcə də bütün dünya pisləyir. Azərbaycan da daxil olmaqla, bütün dünya Rusiyanın bunu etiraf edib üzr istəməsini və müvafiq kompensasiya verilməsini tələb edir. Rusiya rəsmiləri də hələ ki istintaqın getdiyini bildiriblər. Yəni bu gün Rusiya özlüyündə bu arqumenti gətirir ki, istintaq tamamlanandan, "qara qutu"nun şifrələri açılıb tam məlumat veriləndən sonra öz mövqeyini ortaya qoyacaq. 
Rusiya xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova hadisə ilə bağlı çıxış etdi və təyyarənin vurulmasını  istisna etmədi. Lakin o, üzr istəmədi, sadəcə olaraq, təəssüfləndiyini bildirdi. İstənilən dövlət rəsmisinin "biz bunu istəmərik, təəssüflənirik" sözlərini şəxsən mən qəbul etmərəm. Mən yalnız dövlət və xalq qarşısında Rusiya tərəfindən üzrxahlıq edilməsini istəyirəm".


Müsahibimiz Azərbaycan xalqı kimi dünyadakı bütün yəhudilərin də təyyarə qəzasında ölənlərə görə kədərləndiyini söyləyib:

"Qroznı hərbi baxımdan təhlükəli zona da olsa, təyyarə mülkidir. Müxtəlif ölkələrdən olan dinc insanlar sərnişin idilər.  Beynəlxalq mülki aviasiya konvensiyasına uyğun tələblər mövcuddur. Hər bir ölkənin mülki təyyarələrin təhlükəsizliyini təmin etmək öhdəliyi var. Bu gün Azərbaycandakı bütün yəhudi icmaları, yəhudi təşkilatları Azərbaycanın yanındadır. Azərbaycanın dərdi onların da dərdidir. Azərbaycanda, İsraildə, eləcə də dünyada yaşayan bütün yəhudilər eyni formada üzülürlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri