“Haber Global”: Azərbaycan təyyarə qəzasına görə Rusiyadan rəsmi üzr istənilməsini gözləyir
Icma.az bildirir, Report.az portalına istinadən.
Azərbaycan Aktauda baş verən təyyarə qəzasına görə Rusiyadan rəsmi üzr istənilməsini gözləyir.
“Report”un məlumatına görə, bu fikirlər Türkiyənin “Haber Global” televiziyasında Azərbaycan Hava Yollarına məxsus təyyarənin dekabrın 25-də Aktauda qəzaya uğraması ilə bağlı hazırlanan süjetdə qeyd olunub.
Bildirilib ki, 28 nəfərin ölümünə səbəb olan hadisə səbəbkarlarının cəzalandırılması da Azərbaycan tərəfinin gözləntiləri sırasındadır:
“Lakin hələlik Rusiya tərəfi bu yöndə addım atmır. Kremlin mətbuat katibi Dmitri Peskov isə istintaq bitənə qədər heç bir dəyərləndirmə aparılmayacağını bildirib”.
Süjetdə o da vurğulanıb ki, Rusiya Beynəlxalq Mülki Aviasiya Şirkəti AZAL-a məxsus təyyarənin Qroznı səmasında olarkən Rusiyanın hava hücumundan müdafiə sisteminin aktivləşdiyini etiraf edib.
“Eləcə də Hava Limanı ətrafında qatı duman olduğuna görə pilota eniş üçün başqa limanların məsləhət edilməsi də etiraf edilib”, - deyə süjetdə qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 28 Dekabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















