Icma.az
close
up
RU
Azərbaycan yeni diplomatik uğurlar ərəfəsində

Azərbaycan yeni diplomatik uğurlar ərəfəsində

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycanın "Abraham sazişləri"nə qoşulması reallaşa bilər. Bu, iudaizm, xristianlıq və islam dinlərinin atası sayılan İbrahim Peyğəmbərin adı ilə adlandırılıb. Məğzi Yaxın Şərqdə və bütün dünyada dinlərarası, mədəniyyətlərarası sülhə çağırışdır.

"Abraham sazişləri" 13 avqust 2020-ci ildə İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərlə başlamışdı. Həmin ilin sentyabrında isə İsraillə Bəhreyn arasında normallaşma sazişi imzalandı. Vasitəçi kimi ABŞ çıxış etmişdi. Bu, Donald Trampın birinci hakimiyyəti dövrünə təsadüf edir. Daha sonra isə bu sazişlərə Mərakeş, İordaniya, Misir və Sudan da qoşuldu.

Bu, ərəb ölkələri ilə İsrail arasında münasibətləri normallaşdırmağa və Yaxın Şərqdə, eləcə də, bütün dünyada davamlı sülhü və əminamanlığı bərpa etməyə yönəlmiş bir təşəbbüs idi. Təşəbbüskar və vasitəçi isə, dediyimiz kimi, Donald Trampın rəhbərliyi altında ABŞ olmuşdu.

Tramp hakimiyyətə yenidən qayıtdıqdan sonra Qəzzada atəşkəsə nail olmaqla prosesi davam etdirməyə çalışır. Yaxın və Orta Şərqi, hətta Avrasiyanı müharibə meydanına çevirmiş Demokratlardan - Barak Obama və Co Baydendən fərqli olaraq, Donald Tramp bu bölgələrə, bütövlükdə dünyaya sülh, əməkdaşlıq mesajları ilə gəlir.

Yeni administrasiyanın əsas prioritetlərindən biri kimi Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq bəyan olunub. Daha bir prioritet isə Yaxın Şərqdəki toqquşmalara son qoymaq, bölgəni münaqişə, müharibə meydanından iqtisadi tərəfdaşlıq müstəvisinə çevirməkdir. Bu baxımdan, Trampın diqqəti yenidən "Abraham sazişləri"nə çevirməsi təbii və anlaşılandır.

Azərbaycanın da 2020-ci və 2023-cü illərdə öz ərazi bütövlüyünü, suverenliyini təmin etməsi, Ermənistanın işğalına son qoyması, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirməsi rəsmi Bakı üçün bölgə və dünya siyasətində yeni perspektivlər açıb. Həmin perspektivlərdən biri də Azərbaycan-ABŞ-İsrail üçtərəfli strateji tərəfdaşlığının yaradılmasıdır. Bu haqda İsrail və Azərbaycan mediasında, eləcə də, Qırb medasında maraqlı və əsaslı materiallar dərc olunur. Bunlar İsrailin baş naziri Benyamin Netanyahunun hökumət kabinetinə mənsub mənbələrə əsasən verilən məlumatlardır. Həmin mənbələr bildirir ki, Azərbaycan-ABŞ-İsrail üçtərəfli strateji tərəfdaşlığının qurulması üçün Amerika rəsmiləri ilə danışıqlar aparılır.

Bu məsələ ilə bağlı bir neçə mühüm fakt var. Bunlardan biri Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin İsrailə səfəri, baş nazir Benyamin Netanyahu ilə görüşü olmuşdu. Bu görüşdən sonra Hikmət Hacıyev həmçinin Türkiyəyə və İrana da səfər etmişdi. Azərbaycan bu tərəfdaşlığın bölgəyə sülh və fayda gətirəcəyinə əmindir.

Bu günlərdə isə İsrail parlamenti Knessetdə "İsraillə Azərbaycan arasında strateji alyansın möhkəmləndirilməsi" adlı dinləmələrdə Baş nazir Netanyahunun adından milli missiyalar naziri Orit Struk çıxış edərək sözügedən üçtərəfli strateji tərəfdaşlıq danışıqları haqqında məlumat verib. Knessetin deputatı Simon Moşiaşvili deyib ki, Azərbaycan artıq onillərlə zamandan bəri İsraillə yaxın dostluq və əməkdaşlıq etsə də, hələ də ABŞ-ın sanksiyalarından zərər çəkir. Söhbət "Azadlığı müdafiə aktı"ına 907-cü düzəlişdən gedir. Bu düzəlişin qüvvəsi bir müddət dayandırılsa da, Co Bayden hökuməti onu yenidən tətbiq etmişdi. Azərbaycan hökuməti həm də buna görə Bayden Administrasiyasından narazı idi. Rəsmi Bakı bu düzəlişin yenidən qüvvəyə minməsini Azərbaycana qarşı ədalətsizlik hesab edir. Bu, həqiqətən belədir. Bayden administrasiyası bununla Azərbaycanı "cəzalandırmaq" istəmişdi. Nəyə görə? Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyinə görə. Son dərəcə ədalətsiz və absurd bir yanaşma idi.

Mediada dərc olunan məlumatlara görə, Begin-Sadat adına Strateji Tədqiqatlar Mərkəzinin yaydığı analitik hesabatda deyilirdi ki, İsrail dövləti və İsrailə yaxın qüvvələr Azərbaycanın ABŞ-İsrail tərəfdaşlığına daxil edilməsinə, inkişaf, investisiyalar və texnologiya sahalərində layihələrə cəlb olunmasına çalışmalıdır.

Məhz bu mənada Amerikanın 50 ravvininin prezident Donald Trampa müraciəti xüsusi maraq doğurur. Həmin müraciətin müəllifləri "Abraham sazişləri"nin təsir dairəsinin genişləndirilməsini və buraya Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın da əlavə olunmasını təklif ediblər.

Bu türk dövlətlərinin adları təsadüfən çəkilməyib; Azərbaycan Cənubi Qafqazın, Qazaxıstan və Özbəkistan isə Mərkəzi Asiyanın əsas dövlətləridir. Bu, hər üç türk dövlətinin Qafqaz-Mərkəzi Asiya regionunda ABŞ üçün xüsusi önəmini vurğulayır.

Əgər Azərbaycan nəzərdə tutulduğu kimi, İsrail-ABŞ strateji tərəfdaşlığına daxil edilərsə, o zaman "Orta dəhliz" layihəsinə Vaşinqtonun marağı və dəstəyi artacaq və Azərbaycanla Ermənistan arasında sülh gündəliyi aktivləşəcək. Bu kontekstdə "Zəngəzur dəhlizi"inin açılması və Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıdışı üçün də daha əlverişli şərtlər formalaşa bilər. Eyni zamanda Azərbaycanın İsraillə, Yaxın Şərq ölkələri ilə, təbii ki, ABŞ-la tərəfdaşlıq əlaqələri daha da yüksələn xəttlən inkişaf edə bilər.

Bu, Azərbaycan diplomatiyasının çox ciddi bir uğurudur ki, İsrail ABŞ-la olan strateji münasibətlərinə Azərbaycanı da daxil etmək üçün danışıqlar aparır. Prezident İlham Əliyevin Münhendə İsrail prezidenti ilə görüşü, Hikmət Hacıyevin, eləcə də, Azərbaycan xarici işlər nazirinin müavininin apardığı danışıqlar və başqa mühüm təmaslar bu prosesi xeyli irəliyə aparıb. Bu yaxınlarda isə iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılığı ilə Azərbaycanın çox mötəbər bir nümayəndə heyəti İsrailə gedəcək. SOCAR-ın Aralıq dənizində İsrailə məxsus Tamar qaz yatağı üzrə konsorsiuma daxil olması barədə saziş imzalanacaq. Bu sazişdə Azərbaycanın 10 faizlik iştirak payı olacaq.

Beləliklə, Azərbaycanla İsrail arasında dostluq və tərəfdaşlıq yeni səviyyəyə qalxır. Eləcə də, Azərbaycan-ABŞ-İsrail üçtərəfli tərəfdaşlığı baş tutduğu təqdirdə, Azərbaycan-ABŞ münasibətlərinə Bayden administrasiyasının gətirdiyi məsafə - "soyuqluq" aradan qalxacaq.

Xatırlayırsınızsa, Azərbaycan prezidenti İlham Əliyev yanvarın əvvəlində yerli televiziyalara müsahibəsində demişdi ki, əgər ABŞ tərəfi istəsə, Azərbaycan-Amerika münasibətləri əvvəlkindən də daha yüksək səviyyəyə qaldırıla bilər. Azərbaycanın apardığı xarici siyasət xətti də məhz bu kimi hədəflərə yönəlib. Belə görünür ki, yaxın zamanlarda Azərbaycan dövlətinin sözügedən istiqamətlərdə yeni diplomatik uğurlarının şahidi olacağıq.

Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Mart 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri