Icma.az
close
up
RU
Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

Azərbaycan yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu mühüm məqamı xüsusi qeyd etdi ki, yeni dünya nizamı formalaşdırılır.  Biz bu prosesin başlanğıcındayıq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Ölkə Prezidenti, eyni zamanda, belə bir çağırışı da etdi ki, əslində, ölkəmiz  bu prosesin fəal iştirakçısı olmalıdır. Sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi,  məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə Azərbaycan yeni nizamı  ədalətli nizam kimi görür.

Aprelin 9-da ADA Universitetində   Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bir daha  bu reallıqlara diqqət yönəldildi. Artıq ənənəvi olaraq keçirilən bu forumların mövzularına diqqət yetirsək dövrün çağırışlarını özündə ehtiva etdiyini aydın şəkildə görərik. Azərbaycanın  balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikirərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin  yüksək səviyyədə qurulımasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir. Prezident İlham Əliyevin forumlardakı çıxışları  Azərbaycan reallıqlarının, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışların təqdimatında əhəmiyyətli rol oynayır. ADA Universitetində   keçirilən forumun mövzusundan da göründüyü kimi, hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin  qorunmasıdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə AZXEBER.COM-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, yeni dünya nizamının formalaşdırılmasından bəhs edərkən türk dünyasının birliyinin qorunmasının vacibliyini xüsusi qeyd etməliyik. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bu birliyin, həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev sözügedən forumdakı çıxışında da    vurğuladı ki, Azərbaycan türkdilli aləmə, türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib. Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır. İstərdik ki, Türk Dövlətləri Təşkilatı  daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var. Dünya türk dövlətlərinin birliyini, həmrəyliyini hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasında görür. Azərbaycan, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail oldu. Bu da qarşıya  qoyulan vəzifələrin icrası idi. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi,  COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək,  bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Azərbaycan  səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördü. Bu fakt da xüsusi vurğulandı ki, COVID zamanı Azərbaycan  80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdı. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi.

Millət vəkili bildirib ki, ötən il ölkəmizin ev sahibliyi etdiyi, tarixə Bakı nailiyyəti kimi yazılan COP29 iqlim konfransı da Azərbaycanın sabitləşdirici, birləşdirici aktor roluna bir daha işıq saldı. Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi ilə zəngin  təcrübəyə malik olduğunu nümayiş etdirdi. Reallıq budur ki, ölkəmiz  dünyanın 120 ölkəsini sıralarında birləşdirən Qoşulmama Hərəkatına dörd illik rəhbərliyi ilə zəngin təcrübə qazandı. Ölkəmizə beynəlxalq dəstəyin, baxışın yüksək səviyyədə olması üzv dövlətlərin Azərbaycanın quruma sədrlik dövrünün bir il uzadılması ilə bağlı yekdil qərarında özünün aydın ifadəsini tapdı. Azərbaycana etimadın, inamın belə yüksək səviyyədə olması uğurlu və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Dövlətimizin başçısının çağırışlarında qarşılıqlı etimad mühitinin qorunmasının prioritetliyi xüsusi qeyd olunur.   Sözügedən Forumdakı çıxışında "Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Bir yaxşı hekayətə imza atdıq” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Hərəkatda müəyyən zəifləmə olduğu zaman Azərbaycan ona yeni dinamika gətirdi, parlament platforması yaradıldı.  Parlament platforması uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platforması təsis edildi. Azərbaycan, eyni zamanda, Qoşulmama Hərəkatının təsisat baxımından inkişafına diqqət yetirir və onun çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışır.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Prezident İlham Əliyev forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə də diqqəti yönəltdi. Bildirdi ki, bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu önə çəkən  dövlətimizin başçısı bildirdi ki, ölkəmizin  Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. Azərbaycan iqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkədir. Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik.

   Göründüyü kimi, yeni dünya nizamının formalaşdırılması ədalətə, beynəlxalq hüquqa çağırışlar edir. Bu prinsiplərin qorunduğu, öndə saxlanıldığı dünyada sülhün, təhlükəsizliyin bərqərar olması qaçılmazdır. Təəssüflər olsun ki, əksər dünya gücləri ikili standardlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmir, maraqlar ədaləti üstələyir. Bunu bəzi dünya güclərinin  siyasətində aydın görmək mümkündür. Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında bu məqama xüsusi diqqət yönəltdi ki, biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin ABŞ qoşunları  Əfqanıstandan qaçdıqdan sonra bunu ölkəmizə  qarşı yenidən tətbiq etməyə başladılar. Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı.

Milli Məclisin deputatı bildirib ki, 30 illik işğal, həmçinin postmünaqişə dövrünün reallıqları əksər dünya güclərinin təcavüzkarın, işğalçının yanında olduğunu nümayiş etdirir. Azərbaycanın tarixi Zəfərdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında da belə dəstəklərin rolu aydın şəkildə görünür. Azərbaycanın beynəlxalq hüququn prinsiplərini özündə ehtiva edən təklifləri Ermənistan tərəfindən qəbul edilib. Sülh müqaviləsinin imzalanması üçün iki şərtin qəbul edilməsi gündəmdədir ki, bunun biri Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir. Dövlət başçısı İlham Əliyev "Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq” söyləyərək bu çağırışı da etdi ki, lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik. Bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.

Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin hər bir çıxışının bugümüzün reallıqları fonunda dünyaya mühüm çağırışlarla zəngin olduğunu diqqətə çatdırıb. Söhbət yeni dünya nizamının formalaşmasından gedirsə, hər bir ölkənin xarici, təhlükəsizlik və müdafiə siyasətini ciddi nəzərdən keçirməsi əsas şərtlərdən biridir. Forum çərçivəsində  rəylərdə bu məqam xüsusi qeyd olundu ki, qlobal miqyasda Azərbaycanın rolunu görmək  olduqca vacibdir. Geosiyasi və geoiqtisadi statusu artan ölkəmiz yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir. Azərbaycan Avropa və Asiya arasında, Şərq-Qərb və Şimal-Cənub kəsişmə nöqtəsində yerləşir. Ölkəmiz dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Azərbaycanın qlobal sülhə töhfələri təqdir edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 10 Aprel 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see189

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see178

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see135

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see134

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see131

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see130

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see124

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see124

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see122

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see121

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see114

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see113

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see113

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see112

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see111

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see111

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri