Icma.az
close
up
RU
Azərbaycan və Türkiyə gələcək böyük hədəflərə doğru çiyin çiyinə inamla addımlayır

Azərbaycan və Türkiyə gələcək böyük hədəflərə doğru çiyin çiyinə inamla addımlayır

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Bu gün qardaş Türkiyə üçün tarixi gündür. 15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyənin ən yeni tarixində çox önəmli bir yer tutur. Doqquz il əvvəl məhz bu gün Türkiyədə dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda vurğulandığı kimi həmin gecə qardaş Türkiyə müasir tarixinin ən böyük qəhrəmanlıq salnaməsini yazdı. Mətin və mübariz türk xalqı Türkiyə Respublikasının konstitusional və demokratik əsaslarını hədəfə alan qanlı çevriliş cəhdinə qarşı sinəsini sipər edərək Vətəninə, bayrağına və dövlətinə sahib çıxdı.
Beləliklə, 15 İyul – “Demokratiya və Milli Birlik Günü” çağdaş Türkiyə cəmiyyətində güclü və sarsılmaz milli iradənin, birlik və həmrəyliyin, gerçək vətənpərvərliyin Zəfərinin qeyd edildiyi əlamətdar tarixi hadisəyə çevrildi. 15 iyul hadisələri həm də Azərbaycan və Türkiyənin dostluq və qardaşlığının növbəti dəfə tarixin sınağından üzüağ çıxması baxımından da olduqca əlamətdardır. Həmin vaxt Azərbaycan qardaş ölkəyə güclü dəstəyini növbəti dəfə nümayiş etdirdi.
Belə ki, 15 iyul çevrilişinə cəhd vaxtı Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana dəstək zəngini bu gün də hər kəs yaxşı xatırlayır. Xain çevriliş cəhdinin ilk anlarından etibarən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olaraq öz dəstəyini və həmrəyliyini nümayiş etdirmişdi. Bu da növbəti dəfə “Bir millət iki dövlət” prinsipinin əyani təzahürü, qardaşlığımızın bariz nümunəsi idi. Bəli, əsl qardaşlıq və strateji ortaqlıq, müttəfiqlik məhz belə kritik məqamlarda, həssas anlarda özünü əyani şəkildə göstərir. Azərbaycan da qardaş Türkiyənin bütün acılı-sevincli günlərində onun yanında olmaqla gerçək qardaşlıq örnəyi göstərir.
Cənab Prezidentimizin sözügedən məktubunda da qeyd olunduğu kimi, bu gün Azərbaycan və Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir. Ölkələrimizin sarsılmaz qardaşlığı, dünyada bənzəri olmayan birliyi və strateji müttəfiqliyi həm regionumuz, həm də bütün dünya üçün mühüm təhlükəsizlik, tərəfdaşlıq və inkişaf amilidir. Dövlətimizin başçısı, həmçinin məktubda tarixən bir-birinə dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin birgə səylərimizlə bundan sonra da daha da möhkəmlənəcəyinə və dərinləşəcəyinə əminliyini ifadə edib. İnanırıq ki, belə də olacaq. Azərbaycan və Türkiyə bir-birinin sevinc və dərd ortağıdır. Birliyimiz və həmrəyliyimiz sarsılmazdır. Ölkələrimiz gələcək böyük hədəflərə doğru çiyin-çiyinə inamla addımlayır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin səd
ri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 İyul 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see145

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see128

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see127

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri