Azərbaycan yığmasında çox dirənişli futbolçular var Çexiya millisinin baş məşqçisi
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çexiyanın gənclərdən ibarət futbol üzrə milli komandasının (U-21) baş məşqçisi Mixal Bilek sabah Karvinada keçiriləcək Avro-2027-nin B qrupunun Azərbaycan yığmasına qarşı oyunundan gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, Bilek oyundan öncə bunları qeyd edib:
“Biz evdə oynayırıq və mütləq qalib gəlmək istəyirik. Lakin bu, heç də asan olmayacaq. Azərbaycanın Portuqaliyaya qarşı oyununa baxdıq. Onlar fasiləyə 0:0 hesabı ilə yollandılar və çox yaxşı oynadılar. Yalnız ikinci hissədə qol buraxdılar və nəticədə böyük hesabla uduzdular.
Bu komandada çox dirənişli futbolçular var. Onlar inadla müdafiə olunurlar və sürətli əks-hücumlarla təhlükə yaradırlar. Bundan əlavə, komandada hücumda çox güclü, hündürboylu bir forvard var”.
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, saat 20:00-da Karvina şəhər stadionunda start götürəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 10 Oktyabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















