Icma.az
close
up
RU
Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb

Azərbaycan yüksək beynəlxalq reytinqə layiq görülüb

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Beynəlxalq vergitutma sahəsində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri vergi orqanları arasında məlumat mübadiləsinin genişləndirilməsi və bu sahədə formalaşmış beynəlxalq standartların tətbiqidir.

Azərbaycan 2013-cü ildən “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirakı öhdəliyini öz üzərinə götürüb.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, Qlobal Forum tərəfindən indiyədək 2010-2016-cı və 2016-2024-cü illəri əhatə edən qiymətləndirmənin iki mərhələsi həyata keçirilib. Birinci mərhələ çərçivəsində 125 yurisdiksiya əhatə olunub. Azərbaycan Respublikası üzrə qiymətləndirmənin ikinci mərhələsinin 2023-cü ilin sentyabr ayında başlanıldığı elan edilib və bu il həmin mərhələ çərçivəsində qiymətləndirici ekspertlərin ölkəmizə səfəri baş tutub. Ekspertlər səfər çərçivəsində ölkəmizin qanunvericiliyi və təcrübəsi ilə əyani tanış olublar. Qiymətləndirmə Qrupunun (PRG) 48-ci iclasında qiymətləndirmənin ikinci mərhələsi üzrə elan edilmiş nəticələrə əsasən, Azərbaycan Respublikası ən yüksək “compliant” (uyğundur) reytinq balına layiq görülüb. Ölkə reytinqi və müvafiq hesabat noyabrın 21-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəsmi internet səhifəsində dərc edilib.

Qlobal Forum tərəfindən ölkələr üzrə 2-ci mərhələ çərçivəsində qiymətləndirmələrə 2016-cı ildən başlanılıb və proses Azərbaycandan başqa ümumilikdə 123 ölkəni əhatə edib. Nəticələrə əsasən, 18 ölkə “Compliant” (standartlara uyğundur), 91 ölkə “Largely compliant” (standartlara əsasən uyğundur), 12 ölkə “Partially compliant” (standartlara qismən uyğundur), 2 ölkə isə “Non-compliant” (standartlara uyğun deyil) reytinqlərinə layiq görülüb.

2019-cu ildən isə ölkələr üzrə qiymətləndirmələr daha dərindən həyata keçirilir və həmin tarixdən indiyədək ən yüksək “Compliant” reytinqini əldə edən 4 ölkədən sonra məhz Azərbaycan Respublikası olub. Qiymətləndirmə prosesi çərçivəsində bir sıra qanunvericilik aktlarının və beynəlxalq müqavilələrin müddəaları, ölkədə hüquqi şəxslərin qeydiyyatı və ləğv olunması prosesləri, vergi orqanlarında qeydiyyat məlumatlarının mövcudluğu və aktuallığı, hüquqi şəxslər tərəfindən vergi bəyannamələrinin verilməsi təcrübəsi təhlil edilib. Bundan başqa, ölkədə mühasibat uçotu və bank sənədlərinin mövcudluğu, saxlanılması qaydaları, həmin məlumatların vergi orqanlarına əlçatanlığı, ölkədə vergi orqanlarının hüquqları və mövcud məlumat mənbələri, vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinə əməletmə səviyyəsi, Azərbaycan Respublikasının beynəlxalq tərəfdaşlarının sayı, mübadilə olunan məlumatların keyfiyyəti və tamlığı, həmin məlumatın təhlükəsizliyinin qorunması şərtləri də araşdırılıb.

Qlobal Forum çərçivəsində Azərbaycanın ən yüksək reytinqə layiq görülməsi ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcud olmasından xəbər verir. Bu göstərici ölkəmizə bir sıra üstünlüklər qazandırır, əlverişli investisiya mühitinin və şəffaflığın təminatı fonunda ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi, xarici investisiya axınının stimullaşdırılması, eləcə də iri maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir Forumda Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri