Icma.az
close
up
RU
Azərbaycan Zəngəzurda da lazımı addımlar atacaq

Azərbaycan Zəngəzurda da lazımı addımlar atacaq

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Ermənistan 1991-ci ildə müstəqil olanda Azərbaycan Respublikasından fərqli olaraq bəyan etmədi ki, indiki Ermənistan Respublikası 1918-ci ildə bizim torpaqlarımızda yaradılmış Ararat Respublikasının varisidir. Amma Azərbaycan Respublikası birmənalı vurğulayır ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik".

Bunu politoloq  Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, necə olur ki, Ermənistan mayın sonunu özlərinin müstəqillik günü kimi qeyd edir, amma Ararat Respublikasının davamçısı olduğunu bəyan etmir:

"Biz bunun səbəbini bilirik. Çünki Ararat Respublikasının ərazisi 9 min kv.km. idi. Əgər Ermənistan Ararat Respublikasının hüquqi varisi olduğunu qeyd etsəydi, zəbt etdikləri 20 min kv. km. ərazini Azərbaycana qaytarmalı olacaqdılar. Bu məsələ hələ ortadadır. Ona görə də bu gün Paşinyan ali, hüquqi sənədlərlə bağlı dəyişiklik etməlidir ki, Ermənistanın nə olduğu bəlli olsun”.

Müsahibimizə görə, digər məsələ odur ki, Zəngəzurun "qırmızı xətt" olduğunu qeyd edənlər nədənsə, bu gün Ermənistanın Zəngəzurda bütün yol infrastrukturlarını Qərbin istifadəsinə verməsinə susqunluq nümayiş etdirirlər:

“Zəngəzur dəhlizinin açılmasını istəməyənlər, Azərbaycanın əsas hissəsi ilə Naxçıvana gediş-gəlişə mane olanlar, mütəmadi "qırmızı xətt"dən danışan qonşu İran Zəngəzurun Qərb kompaniyalarının nəzarətinə keçməsinə etirazını bildirmir”.

Zaur Məmmədov, politoloq

Başqa məqam ondan ibarətdir ki, Ermənistan Qərbin silahlarını bölgəmizə doldurarkən da İranın səsi çıxmır. Z.Məmmədovun sözlərinə görə, necə ki, 44 günlük müharibəyədək bütün ölkələrə xəbərdarlıq edirdik ki, açıq mövqe nümayiş etdirsinlər, əks təqdirdə Azərbaycan adekvat addımlar atacaq:

“Bu gün də deyirik ki, əgər siz mövqe nümayiş etdirməsəniz, Zəngəzurda da, digər bölgələrdə də Azərbaycan zəruri addımları atacaq".

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 May 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri