Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: “Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir”

Qərbi Azərbaycan Xronikası: “Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir”

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir” adlı süjetdə Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransdan, Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə vurğuladığı məsələlərdən və erməni ekspertlərin fikirlərindən bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycan məsələsinə beynəlxalq diqqətin çəkilməsi və bu məsələnin beynəlxalq gündəmə daşınması baxımından mühüm addımlardan biri oldu. Konfransın ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin iştirakçılara müraciətində vurğuladığı mesajlar idi: “Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Ermənistan xalqımıza məxsus tarixi-mədəni irsin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir”.

Diqqətə çatdırılır ki, konfransda qəbul edilən yekun sənədi isə Qərbi Azərbaycanla bağlı növbəti beynəlxalq sənəd hesab etmək olar, çünki azərbaycanlıların öz yurduna qayıdış hüququnun təmin edilməsinin əks olunduğu sənədə 51 ölkənin təmsilçiləri imzalayıb.

Süjetdə qeyd olunur ki, Prezident İlham Əliyevin rəsmi İrəvana ünvanladığı son tələbi – Qərbi Azərbaycan İcması ilə danışıqların aprılması Ermənistanda ciddi müzakirələrə səbəb olub.

Erməni ekspertlər hesab edirlər ki, İrəvan hakimiyyəti gec-tez bu tələblə razılaşmalı olacaq: “Minlərlə azərbaycanlı Ermənistana qayıdacaq və Azərbaycanla Türkiyə onların hüquqlarının müdafiəsini öz üzərlərinə götürəcəklər. Geri qayıdacaq azərbaycanlıların hüquqlarını qorumaq üçün mexanizmlər yaradılacaq və tədricən Ermənistana nəzarəti ələ alacaqlar. Azərbaycan onların təhlükəsizliyini öz qüvvələri ilə təmin etmək istəyir. Bu isə Azərbaycan və Türkiyə qüvvələrinin Ermənistana daxil olması deməkdir. Beynəlxalq hüququn tələbi olan Qərbi Azərbaycana qayıdış baş tutacaq. İstisna deyil ki, bu məsələ artıq sülh sazişi layihəsində müzakirə edilir, növbəti mərhələdə söhbət prosesin praktiki müstəvidə həyata keçirilməsindən gedir. Prezident İlham Əliyev də tələb edir ki, “Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Artıq Zəngəzurda ermənilər Azərbaycan radiolarını dinləyir. “Hraparak” Zəngəzurda yaşayan ermənilərə istinadən yazır ki, Azərbaycan radioları təkcə sərhəddə yox, bölgənin dərinliklərində də dinlənilir”.

Sonda vurğulanır ki, özümüzdən öncə səsimizin Zəngəzurda eşidilməsi həm də böyük qayıdışın tezliklə baş tutacağının zəngidir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://report.az
archiveBu xəbər 12 Dekabr 2024 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri