Qatarlarda ən çox hansı əşyaları unuduruq?
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Yanvarın 1-dən oktyabrın 15-dək sərnişin qatarlarında 800-dən çox əşya unudulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” məlumat yayıb.
Məlumata görə, bu, orta hesabla ayda 80-90 əşyanın qatarlarda unudulması deməkdir.
“Azərbaycan Dəmir Yolları”nın məlumatına görə, sərnişinlərin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefon və adapterlər, sənədlər, bank kartları, eləcə də, yemək qablarıdır. Ən çox əşya unudulan əşyalar Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında qeydə alınır.
Unudulan əşyaların 250-yə yaxını (təxminən 30%-i) əməkdaşlarımız tərəfindən sahiblərinə təhvil verilib. Qalanları isə hələ də sahiblərini gözləyir.
Sərnişinlərə qatardan düşərkən diqqətli olmaq və əşyalarını götürməyi unutmamaq tövsiyə olunur.
Qatarda, yaxud vağzal ərazisində əşyalarını unudan sərnişinlər vağzal növbətçisinə və ya 1822 Əlaqə Mərkəzinə müraciət edə bilərlər.
Baxış sayı:101
Bu xəbər 29 Oktyabr 2026 19:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















