Azərbaycan zirvələrini fəth edən alpinist dünya rekordçusu olub
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Türkiyəli alpinist Levent Koç son üç ildə dünyada ən çox zirvəyə qalxan idmançı olub.
AZƏRTAC xəbər verir ki, 46 yaşlı idmançı 2023-cü ildə 81, 2024-cü ildə 101, 2025-ci ildə isə 70 zirvəyə qalxaraq, ardıcıl 3 il dünya zirvə reytinqində birinciliyi qoruyub.
Levent Koç Azərbaycan zirvələrinə etdiyi ekspedisiyalarla da yadda qalıb. O, bu müddət ərzində ölkəmizdə yerləşən Şahdağ zirvəsini fəth edib. O, həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Haça Dağına da qalxıb. Alpinist qeyd edib ki, Gürcüstanda Kazbek, İranda Demavənd kimi yüksək dağlara da ekspedisiyalar təşkil edib.
“Azərbaycanın dağları mənim üçün çox önəmlidir. Şahdağ və Haça zirvələrinə qalxmaq mənim üçün xüsusi təcrübə oldu”, – deyə Koç bildirib.
Qeyd edək ki, Levent Koç Türkiyənin ən yüksək zirvələri olan Ağrı, Süphan və Cilo dağlarını da fəth edib. Aladağlarda isə bir ildə 80-90 zirvə qalxışı həyata keçirib. 2024-cü ildə 101 zirvə ilə şəxsi rekorduna imza atıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 12 Yanvar 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















