Icma.az
close
up
RU
Azərbaycana dəstək, yoxsa Qərbə anti Rusiya mesajı?

Azərbaycana dəstək, yoxsa Qərbə anti Rusiya mesajı?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Nikol Paşinyanın hiyləgər siyasi gedişinə sözardı

Məlum olduğu kimi, Bakı və İrəvan Avropa Siyasi Birliyinin qarşıdakı sammitlərinin keçirilməsi üçün bir-birinin namizədliklərini dəstəkləyiblər. Bu barədə məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan verib. Paşinyan, eyni zamanda, ASB-nin ali toplantısının Azərbaycanda keçirilməsi qərarını alqışladığını da bildirib. Bütün bunlar öz yerində. Fikrimizi əsaslandırmaq üçün əvvəlcə, başqa məqama diqqət yetirərək bildirək ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Ermənistana gözlənilməz səfərinin məqsədləri ilə bağlı müxtəlif versiyalar var. Ötən saylarımızda da mövzu barədə söz açmışdıq. Paşinyanın açıqlaması isə həmin versiyalara daha birini əlavə etmək üçün əsas yaradır və qeydlərimiz bu haqdadır.

O da məlumdur ki, ABŞ-da Prezident Donald Trampın hakimiyyətə gəlişindən sonra ölkədəki ermənipərəstlik xətti iflasa uğrayıb. Paşinyan bu ilin fevralında Birləşmiş Ştatlara səfər etsə də, həmin xəttin pozitiv tərəfinə aid heç nə əldə edə bilməyib və suyu süzülmüş şəkildə geri qayıdıb. Bundan sonra rəsmi İrəvan Bakı ilə sülh müqaviləsinin bütün bəndlərini razılaşdırmaq məcburiyyətində qalıb.

Amma erməni iqtidarı Azərbaycanın barış sazişinin imzalanması üçün irəli sürdüyü iki şərtlə razılaşmır. Söhbət Ermənistan konstitusiyasına dəyişiklikdən – sənədin ölkənin İstiqlaliyyət bəyannaməsinin işğalçı mahiyyətindən xilas edilməsindən və ATƏT-in Minsk qrupunun rəsmən ləğvi üçün müştərək tədbirlərin görülməsi şərtlərinin yerinə yetirilməməsindən gedir. Nəzərə alaq ki, Minsk qrupu Qarabağ münaqişəsi məntiqini rəhbər tutur və Bakı məhz buna görə onun fəaliyyətinə son qoyulmasında israrlıdır.

Tam aydındır ki, Ermənistan rəhbərliyi Azərbaycanın irəli sürdüyü şərtlərin qəbulundan yayınmaqla, ərazi iddiası və Qarabağ avantürası üçün daxili hüquqi və mənəvi zəmini aktiv saxlamaq niyyəti güdür. Azərbaycan isə mövqeyində qətidir və hazırda bütün bunlar Bakı-İrəvan sülhünün başlıca kazusunu təşkil etməkdədir. Lakin...

İndi erməni iqtidarı müxtəlif beynəlxalq platformalarda Azərbaycanla barışa razılıqla bağlı təbliğat aparır, özünü “sülh göyərçini” kimi qələmə verməyə çalışır. Əlbəttə Paşinyan və komandasının üzvləri beynəlxalq ictimaiyyətin ölkəmizə barış sazişini imzalamaq yönümlü təzyiq göstərməsinə nail ola bilmirlər. Şübhəsiz, durumu Rusiyada da yaxşı görürlər. Bir sıra ekspertlər isə Lavrovun İrəvana Moskvanın köməyini təklif etmək üçün yollandığını bildirirlər. Təxminən belə: sənə heç kəs, hətta ABŞ belə dəstək olmur, imkan ver, məsələyə biz girişək.

Əslində, Lavrovun İrəvanda bildirdikləri Rusiyanın konfliktləri həll etmək yöntəminin ayrı-ayrı təzahürləri idi. Onun hay varlığı üçün şanlı sayılan keçmişi xatırlamasının, hətta, rus silahının Azərbaycana Ermənistan üzərində üstünlük qazandırdığına dair ittihamedici suala cavabında dilə gətirdikləri də həmin təzahürdən qaynaqlanırdı. Lavrov bildirmişdi ki, Ermənistan vaxtilə Qarabağı və digər yeddi rayonu məhz Rusiyanın silahı ilə ələ keçirmişdi. Yəni XİN rəhbərinin həm Qarabağı, həm də digər yeddi rayonu Azərbaycan torpağı kimi təqdim etməsinin və Ermənistanın heç zaman Qarabağdakı keçmiş separatçı rejimi tanımadığını bildirməsinin hansısa əhəmiyyəti yoxdur. Guya, rəsmi İrəvan qondarma respublikanı tanısaydı, nə dəyişəcəkdi ki? Rusiya bölgəni erməniləşdirmək üçün nəsə başqa formul tapacaqdı? Digər tərəfdən, guya, Rusiya 44 günlük müharibədə Ermənistana silah dəstəyi göstərməmişdi? Göstərmişdi və bunu ölkənin Prezidenti Vladimir Putin də vurğulayıb. O, hətta savaş zamanı Bakı və İrəvan arasında silah-sursat və digər hərbi komponentlər baxımından paritetin olduğunu da diqqətə çatdırıb...

Sözümüz ondadır ki, Lavrovun mesajları subliminal xarakterlidir. Əlbəttə, Rusiyanın baş diplomatının dediklərinin Ermənistan daxilinə təsir trayektoriyasından söz açmaq mümkündür. Eləcə də Paşinyan administrasiyasına təsirdən. Yəni belə düşünmək mümkündür ki, Lavrov İrəvana Ermənistana köməyin, faktiki olaraq, hərbə-zorbalıq motivini vəd etmək üçün yollanmışdı. Bəs erməni iqtidarının cavabı necədir?

Görünür, Paşinyan Lavrovu, daha dəqiq desək, Rusiyanın köməyini geri çevirib. Bunu Kremlin baş diplomatının İrəvanda sualları cavablandırarkən nümayiş etdirdiyi aqressiv ton da təsdiqləməkdədir. Ancaq hesab edirik ki, bu mənada Nikolun Azərbaycanın ASB müstəvisində dəstəklənməsinə dair mesajı daha böyük anlam daşıyır. Özü də bu mesaj təkcə ölkəmizə deyil. Başqa sözlə desək, Paşinyanın bildirdikləri yalnız Bakıya İrəvanın Moskva ilə razılaşmadığına dair ismarıcı sayılmamalıdır. Nikol, faktiki olaraq, Qərbə də Lavrovu əliboş göndərdiyini bildirir.

Sonda qeyd etdiyimiz məqamlara nəzərən belə nəticəyə gələ bilərik ki, Paşinyanın Azərbaycanı ASB sammiti ilə bağlı dəstəkləmək, hətta alqışlamaq mövqeyini Bakı – İrəvan sülhü baxımından müsbət dinamika olaraq qiymətləndirmək mümkünsüzdür. Çünki erməni baş nazir daha çox xaricdəki havadarlarına Qərb kursundan yayınmadığını, Rusiyaya tərəf “yıxılmadığını” göstərməklə, onların Cənubi Qafqazdakı erməni maraqlarını qorumaq üçün hərəkətə keçməli olduqlarına dair mesaj verir. Hətta, müəyyən mənada, minnət də qoyur. O hesaba qalsa, Ermənistan COP29-un da keçirilməsi ilə bağlı Azərbaycanın namizədliyini dəstəkləmişdi. Sonra ölkə COP-a fokuslanmış anti-Azərbaycan kampaniyasına dəstək verdi.

R.ƏVƏZ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see185

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see180

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see142

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see137

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see134

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see132

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see131

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see130

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see129

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see128

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see126

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see126

Sabah yağış yağacaq

19 Oktyabr 2025 13:05see125

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see124

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see124

Əməkdar artist Yadigar Muradovun vəziyyəti stabilləşib

19 Oktyabr 2025 18:49see123

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see123

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see123

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri