Icma.az
close
up
RU
Rusiya Qərbə hansı mesajı verir?

Rusiya Qərbə hansı mesajı verir?

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


"Rusiya Cənubi Qafqaz üzərindən Qərbə hələ də regionda mövcud olduğu mesajını verir və bu coğrafiyada baş verən istənilən situasiyada Moskvanın maraqlarının nəzərə alınmalı olduğunu bildirir. Son günlər Kremlin regionda hərbi üstünlüyünü artırması cəhdləri də buna hesablanıb".
Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, NATO-nun Cənubi Qafqaza doğru sirayət etməsi və regionda hərbi təlim keçirmək istəyini ortaya qoyması Moskvanı hərəkətə keçirib:
"Elə son günlər Ermənistandakı Gümrü hərbi bazasının əlavə texnika, qüvvə ilə təmin edilməsi də buna hesablanıb. Ancaq Rusiya unudur ki, hərbi baxımdan NATO ilə qarşı-qarşıya gələcək səviyyədə və gücdə deyil. Çünki Ukrayna ilə davam edən müharibədə Rusiya hərbi sənayesinə ciddi şəkildə ziyan dəyib, xeyli sayda döyüş texnikaları sıradan çıxıb. Belə bir şəraitdə Rusiya nəinki NATO-ya, hətta hərbi alyansın bir üzvünə qarşı belə duruş gətirə bilməz. Sadəcə dediyim kimi Rusiya bununla görüntü yaradır və Cənubi Qafqazda mövcud olduğunu sübuta yetirməyə çalışır".
İctimai birlik sədri onu da deyib ki, Rusiya artıq Cənubi Qafqazdakı proseslərə ciddi şəkildə təsir göstərəcək gücdə, potensialda deyil:
"Çünki artıq region ölkələri də Cənubi Qafqazın Rusiyasız, Kremlin təsir dairəsindən kənar addımlar atması, inkişaf etməsini istəyir. Düzdür, əvvəllər İrəvan istənilən addımı atarkən Rusiya ilə məsləhətləşir, Moskvanın razılığı olmadan hər hansı müstəqil siyasət yürüdə bilmirdisə, indi artıq Ermənistan hakimiyyəti də Rusiyasız Cənubi Qafqaz arzusundadır və region ölkələri, xüsusilə də Azərbaycanla münasibətləri normallaşdırmaqdan alternativ bir yol görmür".
Arzuman Muradlı onu da deyib ki, Rusiya artıq mövcud reallıqlarla barışmalı və Cənubi Qafqazda varlığının sonuclandığını qəbul etməlidir.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Avqust 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri