Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının Qurultayında çıxışı zamanı ölkədə keçirilən iki Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanan investisiya kontraktlarının ümumi həcminin 20 milyard dollardan çox olduğunu bildirib.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni dövrün yeni hədəflərində qeyri-neft-qaz sektoruna xarici investisiyaların cəlb edilməsi əsas istiqamətlərdən biridir. Deputatın sözlərinə görə, bu, həmçinin ölkə iqtisadiyyatına yeni texnologiya və innovasiyaların transferi baxımından əhəmiyyətlidir.
V.Bayramovun sözlərinə görə, yeni hədəflərə uyğun olaraq Azərbaycana cəlb olunan xarici sərmayələrin həcmində artım müşahidə edilir. Ötən il ölkə iqtisadiyyatına yönəldilən xarici sərmayənin həcmi 17 faiz artaraq 16,7 milyard manata çatıb. 2024-cü ildə bu göstərici 14,3 milyard manat olub.
Deputat qeyd edib ki, xarici valyuta ifadəsində 2025-ci ildə Azərbaycan iqtisadiyyatına 9,8 milyard dollar həcmində xarici sərmayə cəlb edilib.
“Azərbaycan xarici sərmayələri daha çox Böyük Britaniyadan cəlb edir. Bu isə birbaşa BP şirkətinin Azərbaycanın enerji sektorundakı mövqeyi ilə bağlıdır. Bununla yanaşı, Türkiyə, ABŞ, İsveçrə və körfəz ölkələrindən cəlb edilən investisiyaların həcmində də artım müşahidə olunur”, – deyə o bildirib.
V.Bayramov vurğulayıb ki, 2025-ci ildə bütün mənbələr üzrə, o cümlədən xarici sərmayələr də nəzərə alınmaqla, Azərbaycan iqtisadiyyatına 34,2 milyard manat investisiya yönəldilib. Bu, əvvəlki illə müqayisədə 3,3 faiz artım deməkdir.
Onun sözlərinə görə, investisiya qoyuluşlarındakı artım əsasən xarici sərmayələr hesabına mümkün olub.
“Sonuncu Beynəlxalq İnvestisiya Forumunda 10 milyard dollarlıq müqavilələrin imzalanması yaxın illərdə Azərbaycana daha çox sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Bu, innovativ ekosistemin daha da gücləndirilməsi baxımından əhəmiyyətlidir”, – deyə deputat əlavə edib.
Baxış sayı:478
Bu xəbər 07 Oktyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















