Icma.az
close
up
RU
Azərbaycana gələn turistlərin 80% i Bakıdan o tərəfə çıxmır

Azərbaycana gələn turistlərin 80% i Bakıdan o tərəfə çıxmır

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Nədənsə birdən birdə kazinolarla bağlı çox sualların ardı-arası kəsilmir. Görünür ictimai rəy öyrənilir.  Qonşu ölkələrin təcrübəsi göstərir ki, bu sahə düzgün idarə olunanda həm turizmə, həm xidmət sektoruna, həm də məşğulluğa müsbət təsir edə bilər. Məsələn, Gürcüstan turizm cəlbediciliyini artırdı. Qazaxıstanda zonalaşdırma tətbiq olundu. Türkiyə isə qadağa yolu seçdi, nəticədə qeyri-leqal fəaliyyət yarandı, həmçinin qumar pulları xaricə axdı".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O, bildirib ki, Azərbaycana gələn turistlərin 80%-i Bakıdan o tərəfə çıxmır:

"Bəs bizə kazinolar nə verə bilər, nəyi əlimizdən ala bilər?

Azərbaycana gələn turistlərin 80%-i Bakıdan o tərəfə çıxmır. Ona görə kazinolar Bakıda şəhər turizmini və əyləncə sektorunu gücləndirə bilər. Otel və restoran biznesini canlandıra bilər. Yeni iş yerləri yarada bilər. Xarici valyuta və turist axınını artıra bilər. Dövlət büdcəsinə sabit gəlir gətirə bilər. Kölgə iqtisadiyyatında olan qumar pullorını leqallaşdıra bilər.

Amma əgər kazino açılacaqsa, bu, bir-iki şəxsin nəzarətində, inhisar formasında yox, rəqabətli və şəffaf şəkildə olmalıdır. Vergi yükü məntiqi səviyyədə saxlanmalı, amma dövlətə sabit gəlir təmin edilməlidir.

Eyni zamanda risklər də nəzərə alınmalıdır. Qumar asılılığı, ailə büdcələrinin dağıntısı, sosial fəsadlar, çirkli pulların yuyulması və digər risklər daim mövcuddur.

Buna görə də bu sahə yalnız ciddi şərtlərlə açılmalıdır. Oynayan şəxslərin məhdudiyyətlərin qoyulması məqsədilə (yaş və s) şəxsiyyəti identifikasiya edilməli, “money laundering”ə qarşı xüsusi nəzarət mexanizmi qurulmalı, bütün ödənişlər nağdsız və izlənilə bilən sistemlə aparılmalıdır. Kazinolar coğrafi olaraq məhdudlaşdırılmalı, eyni zamanda onların reklamına ciddi nəzarət olunmalıdır.

Əlqərəz, əgər bu şərtlər təmin olunmayacaqsa, kazinoların açılması nə iqtisadi rifaha, nə turizmə, nə də xidmət sektoruna real fayda verəcək. Əksinə, bu addım cəmiyyətdə sosial pozuntuları artıran, hüquqi nəzarəti zəiflədən və mənəvi dəyərləri aşındıran bir prosesə çevrilcək. Nəticədə də dövlətin qazanacağından çox, cəmiyyətin itirəcəyi olacaq".

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 May 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri